Yuxarı

"Neftçi" və "Qarabağ"ın yeri açıqlandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Neftçi" və "Qarabağ"ın yeri açıqlandı

UEFA klubların yeni reytinq siyahısını açıqlayıb. Trend-in UEFA-nın saytına istinadən verdiyi məlumata görə, siyahıda Azərbaycandan yeddi komanda yer alıb.

Bu həftə Avropa Liqasında "Partizan"a uduzan "Neftçi" bir pillə geriləyərək 191-i yerə düşüb. Hələlik Azərbaycan klubları arasında ən yaxşı göstərici də "Neftçi"yə məxsusdur.

İkinci ən yaxşı göstəriciyə malik olan "Qarabağ"ın, "Tvente" ilə matçda xal qazanmasına baxmayaraq, mövqeyi dəyişməz qalıb. Ağdam təmsilçisi 220-ci pilləni tutur.

Ölkələr üzrə reytinqdə isə Azərbaycan əvvəlki kimi 30-cu pillədədir.

Komandalarımızın son UEFA reytinqində mövqeyi isə aşağıdakı kimidir:

191. "Neftçi" (-1)
220. "Qarabağ" (mövqeyində dəyişiklik olmayıb)
266. "İnter" (mövqeyində dəyişiklik olmayıb)
300. "Xəzər Lənkəran" (+1)
345. "Bakı" (mövqeyində dəyişiklik olmayıb)
373. "Qəbələ" (-3)
374. AZAL (-1)

Reytinqə əvvəlkitək Çempionlar Liqasının son qalibi Madrid "Real"ı başçılıq edir. "Barselona" ikinci, "Bavariya" isə üçüncü yerdədir.

Tarix
2014.08.24 / 21:58
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev və xanımı Türkiyədə belə qarşılandı - Video

Bakı və Ankaradan unikal layihə: Dənizin dibi ilə...

Azərbaycanla imzalanmış bu saziş... - Kvrivişvili

Kiyevin Əbu-Dabi danışıqlarında əsas hədəfi budur

Zorlu: Can Azərbaycanın lideri Əliyev... - Foto

İlham Əliyev Türkiyəyə getdi

Azərbaycanın təcrübəsindən çox istifadə etdik... - Yılmaz

XİN Polşaya başsağlığı verdi

İrandan təxribat: İrəvandakı Azərbaycan məscidində...

Ceyhun Bayramov Serbiya səfiri ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla