Yuxarı

Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan millisi Ermənistanla qarşılaşacaq

Azərbaycanın futbol üzrə yığma komandalarının rəqibləri məlum olub.

Bu gün İsveçrənin Nyon şəhərində 19 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 4-cü qrupda Slovakiya, Macarıstan və Ermənistan komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2014-cü il noyabrın 10-dan 15-dək Macarıstanda keçiriləcək.

Bu gün İsveçrənin Nyon şəhərində, həmçinin 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında 2015-ci ildə təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin püşkatma mərasimi keçirilib.

Püşkün nəticəsinə əsasən, Azərbaycan yığması 10-cu qrupda Belçika, İsveçrə və Bosniya və Herseqovina komandaları ilə mübarizə aparacaq. Bu qrupun oyunları 2014-cü il oktyabrın 23-dən 28-dək Belçikada keçiriləcək. (Trend)

Tarix
2013.11.28 / 15:49
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

İlham Əliyevin İrlandiyaya səfəri başa çatdı

Axtarışda olan şəxs Azərbaycana gətirildi

Nazirlər Kabinetindən bu nazirliklə bağlı vacib qərar

Prezidentin Dublin səfəri Bakı üçün niyə əhəmiyyətlidir?

Azərbaycan XİN BƏƏ-yə başsağlığı verdi

Azərbaycan-AB münasibətlərində yeni mərhələ...

Transsərhəd çaylarla bağlı xəbərlərə irad

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla