Yuxarı

Marko Nikoliç: "Biz Bakıda da məğlub olmayacağıq"

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Hədəfimiz bəllidir! Bu, Avroliqanın qrup mərhələsidir". Apasport.az saytının məlumatına görə, bunu "Partizan"ın baş məşqçisi Marko Nikoliç deyib.

"Neftçi"nin Avroliqanın pley-off mərhələsində rəqibi olan "Partizan" sabah Bakıya gələcək. Belqrad klubu ölkəmizə gəlməzdən öncə "Partizan" stadionunun konfrans zalında yerli jurnalistlərin suallarını cavablandırıb.

Nikoliç "Neftçi"nin zəif cəhətlərini bildiyini desə də, bunları açıqlamağı lazım bilməyib: "Biz səviyyəli rəqibə qarşı oynayacağıq. Onlara qarşı oynamaq çox asan deyil, rəqib bütün zonalarda mübarizə aparmağı sevir... Ancaq biz yalnız öz oyunumuzu göstərmək istəyirik. "Neftçi"nin öz zəif tərəfləri var. Mətbuat konfransında həmin zəif cəhətləri açıqlamağımız düzgün olmaz. Səbirsizliklə cavab matçında əla atmosferdə oynamağımızı gözləyirəm. İki nəticə bizi istəyimizə çatdıracaq: heç-heçə və qələbə. Biz qalib gəlməyə hazırlaşırıq. Dekabrdan bu yana bir oyun da uduzmamışıq. Sidq ürəklə inanıram ki, biz Bakıda da məğlub olmayacağıq".

35 yaşlı çalışdırıcı ilk 10-15 dəqiqə ərzində "Ludoqorets" və "Neftçi" ilə Belqraddakı matçlarda olduğu kimi, 2 top buraxmamağa çalışacaqlarını söyləyib: "Biz Bolqarıstanda olduğu kimi taktiki cəhətdən intizamlı oynaya bilərik. Bunu "Neftçi" ilə Belqraddakı matçda da edə bilərdik. Amma öz çatışmazlıqlarımızı bilirik. Bizim evdə oynadığımız matçlarda 2 top buraxdıq. İndi isə səfərdə oynayacağıq. Narahatlıq olur, ilk 10-15 dəqiqə ərzində bunu aradan qaldırmaq lazımdır. Matçlar 90 dəqiqə oynanılır. Ona görə də sona kimi mübarizə aparmaq lazımdır. Biz ciddi oynamağa hazırıq. Fikrimcə, əsəbilik geridə qalıb".

Qeyd edək ki, "Neftçi" – "Partizan" cavab oyunu avqustun 28-də saat 21:00-da keçiriləcək.

Tarix
2014.08.26 / 19:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ buna görə Bakını təbrik etməli idi... - Deputat

Deputatdan tələb: Ləyaqəti varsa, Prezidentdən üzr istəsin!

Sülhməramlılar çıxır, Rusiyanı ləkələmək istəyəcəklər

Ermənilər üçün canını verməyən 1960 rus döyüşə getdi

Bakı təcrübəsi: Daha bir ölkə fransız diplomatları qovdu

Paşinyan sərhədimizi pozmasın deyə, görün, nə etdi - Video

Rus sülhməramlılar çıxdı, ABŞ və Rusiya ittihama başladı

İran rejimi xalqın həyatını belə təhlükəyə atır - Günəş

İran səfirinin məqsədi sülhü əngəlləməkdir - Məmmədov

Azərbaycan AŞPA-da öz layiqli yerinə qayıdacaq - Hasler

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla