Yuxarı

Məğlub edilən rəqibimiz: Azərbaycan problem yaşayırdı...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanla oyunu əks-hücum üzərindən qurmuşduq. Müdafiədə vəziyyəti düzəldib, sürətli hücumlar planlaşdırırdıq. Lakin istəyimiz bu dəfə baş tutmadı.

APA-nın məlumatına görə, bunu Latviya yığmasının müdafiəçisi Vladislav Qabov deyib.

Yerli mətbuata açıqlama verən 31 yaşlı futbolçu Azərbaycan millisi ilə keçirilən yoldaşlıq görüşünü dəyərləndirib.

O, məğlubiyyəti komanda şəklində buraxılan səhvlərlə əlaqələndirib: “Müdafiədə rəqibin təhlükəli əks-hücumları ilə üzləşdik. Hesabda geri düşdükdən sonra isə geridə otura bilməzdik və bu, hesabın daha da artmasına səbəb oldu. Biz qol vurmaq istəyirdik, Azərbaycan vurdu. Məsələ təkcə qapıçının səhv etməsində deyil. Oyun ərzində çox səhvlərə yol verdik. Hər səhv isə futbolçuda özünəinamı azaldır. Təkcə qapıçı yox, bütün komanda səhvlər etdi”.

Qabov yığmamızı bir neçə gün əvvəl Baltik kubokunda qarşılaşdıqları Estoniya ilə də müqayisə edib: “Mənim fikrimcə, Estoniyanın daha çox hücum etmək şansı var idi, topa nəzarət onlarda idi. Hücumun keyfiyyəti komandanın topla oynamasından asılıdı. Azərbaycan isə hücuma çıxmaqda problem yaşayırdı”.

Qeyd edək ki, Riqada keçirilən Latviya – Azərbaycan qarşılaşması millimizin 3:1 hesablı qələbəsi ilə nəticələnib.

Tarix
2018.06.13 / 01:10
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Bakıya qarşı şər ittifaqı qurulur: cavabı olacaq - Video

Konsert zalının qapıları niyə bağlı olub? - Emin açıqladı

Bakıda xanım jurnalistlə şəkli - Musəvi İranda tənqid edildi

İrəvan Fransanın oyunlarına getməməlidir! - İcma

Paşinyan separatçıları hədələdi: Bir hakimiyyət var!

Bu, Fransanı ciddi narahat edir - Nağıyev

Fransa İrəvanı yeni müharibəyə təhrik edir - DTX rəisi

Azərbaycandan çox şey götürdük, verməyəcəyimizi dedik...

XİN-dən Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla