Yuxarı

Məşhur türk şirkət "Neftçi"nin sponsoru olur

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məşhur türk şirkəti "Neftçi"in sponsoru olacaq.

Fanat.az-ın məlumatına görə, "Türk Hava Yolları" (THY) Bakı klubu ilə müqavilə imzalayacaq.

"Neftçi"nin mətbuat xidmətinin rəhbəri Rüstəm Allahverdiyev də açıqlamasında məlumatı təsdiqləyib:

"Türk Hava Yolları" ilə müqavilə imzalanacağı düzdü. Türk şirkəti titul sponsoru olmayacaq. Amma məşq formalarımızda və stadionumuzda rekklamları olacaq. Başqa detallar da var ki, indi bunlarla bağlı məlumat vermək istəmirik. İyulun əvvəllərində böyük təqdimat mərasimi olacaq və orda mətbuata geniş məlumat veriləcək".

Qeyd edək ki, "Türk Hava Yolları" dünyanın ən böyük hava yolu şirkətlərindən biridi. Şirkət 20 may 1933-cü ildə qurulub. İllik xalis gəliri 65-70 milyon sərnişin daşıyan şirkətin 50 mindən artıq işçisi var.

Hava yolu şirkətinin illik xalis gəliri 3-3,5 milyard dollardır. "Azərbaycan Hava Yolları" (AZAL) ilə də ortaq uçuşları olan türk şirkəti Türkiyə millisi, qardaş ölkənin "Qalatasaray", "Beşiktaş", "Trabzonspor", "Bursaspor", İspaniyanın "Barselona", Bosniya və Hersoqovinanın "Sarayevo", ABŞ-ın "İndi Eleven", həmçinin bir neçə qolf, basketbol, bu hokkeyi, at yarışları, üzgüçülük, Amerikan futbolu, reqbi, velosiped yığma və klubları ilə sponsorluq müqaviləsi var.

Tarix
2018.06.13 / 00:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla