Yuxarı

İran millisi DÇ-2018-də qələbəsini belə qeyd etdi - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə İran milli komandasının Rusiyada keçirilən dünya çempionatında ilk oyununu qələbə ilə başa vurması Tehranda və digər böyük şəhərlərdə sevinclə qarşılanıb.

Axar.az xəbər verir ki, ötən gecə İranın yığma komandasının Mərakeş millisi üzərində 1:0 hesablı qələbəsindən sonra Tehran sakinləri küçələrə çıxaraq qələbəni coşqunluqla qeyd ediblər.

Milli komandanı əhali ilə yanaşı, rəsmi şəxslər də təbrik ediblər. Prezident Həsən Ruhani və İran İslam Şurası Məclisinin (parlamentin) sədri Əli Laricani dünən gecə öz müraciətlərində komandanın üzvlərinə qələbə münasibətilə təbriklərini çatdırıblar.

Həsən Ruhani “Twitter” səhifəsində yazıb: “Ölçülüb-biçilmiş bir oyun və ürəyəyatan qələbə ilə İran xalqını şad etdiniz. Uşaqlar, minnətdarıq”.

Əli Laricani isə qələbə münasibətilə təbrikində vurğulayıb: “İran İslam Respublikası övladlarının qeyrəti və izzəti dünya xalqlarına nümayiş etdirildi ki, hamı İranın qəhrəman gənclərinin iftixar yaratmalarının şahidi olsun”.

Xatırladaq ki, İran növbəti oyunda İspaniya milli komandası ilə qarşılaşacaq.

Tarix
2018.06.16 / 13:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla