Yuxarı

DÇ: Danimarka Perunu məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının üçüncü gününün üçüncü oyununda “C” qrupunda yer alan Peru və Danimirka milliləri qarşılaşırlar.

Axar.az xəbər verir ki, Saranskdakı “Mordoviya Arena”da oynanılan görüşü qambiyalı referi Bakari Qassama idarə edir.

Peru millisinin start heyətində Pedro Qalese, Alberto Rodriqes, Miqel Trauko, Kristian Kueva, Cefferson Farfan, Renato Tapiya, Kristian Ramos, Luis Advinkula, Andre Karrilo, Yosimar Yotun və Edison Flores yer alıblar.

Danimarka yığmasının heyətində isə meydançaya Kasper Şmeyxel, Simon Ker, Andreas Kristen, Vilyam Kvist, Tomas Dileyni, Nikolay Yorqensen, Kristian Eriksen, Henrik Dalsqor, Yens Stryuqer Larsen, Yussuf Poyulsen və Pione Sisto çıxıblar.

Dünya futbol tarixində ilk dəfə üz-üzə gələn bu komandalar mundiala play-off mərhələsinin qalibi olaraq vəsiqə qazanıblar. “Rusiya 2018” 36 illik fasilədən sonra dünya çempionatına vəsiqə qazanan Peru yığması və Danimarka millisi üçün beşinci mundialdır. Hər iki komanda dünya çempionatlarında indiyədək yalnız dörddəbir final mərhələsinədək irəliləyə biliblər.

Xatırladaq ki, “C” qrupu çərçivəsində bu gün keçirilən ilk oyunda Fransa millisi Avstraliya yığmasını 2:1 hesabı ilə məğlub edib. Argentina-İslandiya qarşılaşmasında isə qalib müəyyənləşməyib – 1:1.

Günün saat 23:00-da başlayacaq sonuncu qarşılaşması “D” qrupunun iştirakçıları Xorvatiya və Nigeriya milliləri arasında keçiriləcək. Azərbaycanlı futbolsevərlər bu oyunu İctimai Televiziyadan izləyə bilərlər.

***

Qarşılaşmanın 59-cu dəqiqəsində Danimarka hesabı açıb.

***

Peru və Danimarka milliləri arasındakı qarşılaşma Danimarkanın 1-0 hesablı qələbəsi ilə başa çatdı.

Tarix
2018.06.16 / 22:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Makronun sözü ilə əməli üst-üstə düşmür - Deputat

Azay Quliyev ATƏT PA-nın seminarında iştirak edəcək

Fransa demokratiya uğrunda mübarizəni heçə endirir - Seyidov

AB-nin Bakı və İrəvan üçün səyləri səmərəsizdir - Zaxarova

Ruslar Qarabağdan neçə hərbçi və texnika çıxardı? - Siyahı

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla