Yuxarı

Neymar Braziliyanı xilas edə bilmədi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

10:30

Futbol üzrə dünya çempionatının dördüncü günündə - iyunun 17-də üç oyun keçiriləcək.

Axar.az xəbər verir, əvvəlcə “E” qrupunda yer alan komandalar - Kosta-Rika və Serbiya, Braziliya və İsveçrə üz-üzə gələcəklər. Günün son matçında isə “F” qrupunun favoriti Almaniya yığması Meksika ilə qarşılaşacaq.

Bakı vaxtı ilə saat 16:00-da başlayacaq Kosta-Rika - Serbiya görüşü “Samara Arena”da oynanılacaq. Bu komandalar dünya çempionatlarında ilk dəfə qarşılaşırlar. Kosta-rikalılar dünya çempionatlarında indiyədək dörd dəfə iştirak ediblər. Onların ən yaxşı göstəricisi 2014-ci ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanmaları olub. Latın Amerikası təmsilçisi həmin çempionatda İtaliya, İngiltərə, Uruqvay komandaları ilə bir qrupda yer almışdı. Kosta-Rikanın mundiallarda debütü 1990-cı ilə təsadüf edir. Milli komandanın tarixində ən çox qol vuran oyunçu Rolando Fonseka Ximenesdir (44 qol).

Günün ikinci oyunu saat 19:00-da Moskvadakı “Lujniki” stadionunda “F” qrupunun favoriti, dördqat dünya çempionu Almaniya millisi ilə Meksika yığması arasında keçiriləcək. Bu, komandaların dünya çempionatları çərçivəsində ikinci qarşılaşmasıdır. İyirmi il əvvəl - 1998-ci ildə səkkizdəbir final mərhələsindəki birinci oyunda Almaniya millisi meksikalılara 2:1 hesabı ilə qalib gəlmişdi.

Almaniya komandası dörd dəfə - 1954-cü, 1974-cü, 1990-cı və 2014-ci illərdə dünya çempionu adını qazanıb. 1930-cu ildə keçirilmiş ilk dünya çempionatının iştirakçısı olan Meksika yığması mundiallarda indiyədək 16 dəfə yer alıb və ən yaxşı nəticəni 1970-ci və 1980-ci illərdə göstərərək dörddəbir final mərhələsinə qədər irəliləyə bilib. Bundan əlavə, 1970-ci və 1986-cı illərdə futbol üzrə dünya çempionatları Meksikada keçirilib. Meksika, həmçinin ABŞ və Kanada ilə birlikdə 2026-cı ildəki mundiala da ev sahibliyi edəcək.

Bakı vaxtı ilə saat 22:00-da “Rostov Arena” stadionunda “E” qrupunda yer alan Braziliya və İsveçrə yığmaları arasında oyun start götürəcək. Bu komandalar dünya çempionatlarında ilk dəfə 1950-ci ildə təşkil olunan mundialın qrup mərhələsində qarşılaşıblar. Həmin oyunda 2:2 hesablı heç-heçə qeydə alınıb.

Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.

İsveçrəlilərin dünya çempionatlarında debütü 1934-cı ildə olub. Onlar mundialda on birinci dəfədir iştirak edirlər və ən yaxşı nəticəni 1934-cü, 1938-ci və 1954-ci illərdə göstərərək dörddəbir final mərhələsinə vəsiqə qazana bilmişdilər.

Xatırladaq ki, Kosta-Rika – Serbiya oyunu (saat 16:00) İdman Azərbaycan kanalında yayımlanacaq. Futbol həvəskarları Almaniya-Meksika (19:00) və Braziliya-İsveçrə (22:00) qarşılaşmalarını İdman Azərbaycan kanalında və İctimai Televiziyada izləyə biləcəklər.

***

Günün ilk matçında Serbiya və Kosta-Rika milliləri üz-üzə gəlir. Serbiya komandası 57-ci dəqiqədə Aleksandar Kolarovun cərimə zərbəsindən vurduğu gözəl qolla 1-0 önə keçib.

***

17:56

Serbiya Kosta-Rikanı 1-0 hesabı ilə məğlub edərək, 3 xal qazanıb.

***

Futbol üzrə dünya çempionatında F qrupunun açılış oyununda üz-üzə gələcək Almaniya və Meksika yığmalarının start heyəti açıqlanıb.

Komandalar ilk dəqiqədən aşağıdakı "11-lik"lə meydana çıxacaqlar:

Almaniya: 1. Manuel Noyer, 2. Marvin Plattenhardt, 5. Mats Hummels, 6. Sami Xedira, 7. Yulian Draksler, 8. Toni Kroos, 9. Timo Verner, 10. Məsut Özil, 13. Tomas Müller, 17. Jerom Boatenq, 18. Coşua Kimmix

Meksika: 13. Gilyermo Oçoa, 2. Uqo Ayala, 3. Karlos Salsedo, 7. Migel Layun, 11. Karlos Vela, 14. Xavyer Ernandes, 15. Ektor Moreno, 16. Ektor Errera, 18. Andres Quardado, 22. İrvinq Lozano, 23. Xesus Qalyardo

Moskvadakı "Lujniki" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

***

Almaniya-Meksika qarşılaşmasında ilk hissə başa çatıb. Görüşdə hələlik yeganə qolu meksikalı Hirving Lozano 35-ci dəqiqədə vurub.

***

Meksika komandası dünya çempionatında ilk sensasiyaya imza atıb. Sonuncu dünya çempionu meksikalıların müqavimətini qıra bilməyib və 0-1 hesabı ilə məğlub olub.

***

Dünya çempionatında E qrupunun ilk tur matçında üz-üzə gələn Braziliya və İsveçrə yığmalarının matçı üz-üzə Bakı vaxtı ilə saat 22:00-da başlayıb.

Axar.az xəbər verir ki, komandalar meydana aşağıdakı "11-lik"lə matça çıxıblar:

Braziliya: 1. Alisson Bekker 2. Tyaqo Silva, 3. Miranda, 5. Kazemiro, 9. Qabriel Jezus, 10. Neymar, 11. Filippe Koutinyo, 12. Marselo, 14. Danilo, 15. Paulinyo, 19. Villian

İsveçrə: 1. Yann Sommer, 2. Ştefan Lixştayner, 5. Manuel Akanci, 9. Haris Seferoviç, 10. Qranit Caka, 11. Valon Behrami, 13. Rikardo Rodriges, 14. Stiven Tsuber, 15. Blerim Cemaili, 22. Fabian Şer, 23. Cerdan Şakiri

***

Qarşılaşmanın 20-ci dəqiqəsində Braziliya millisi hesabı açıb. “Barselona”nın oyunçusu Filipp Koutinyo uzaq məsafədən baxımlı zərbə ilə İsveçrə futbolçularını məyus edib.

***

Braziliya-İsveçrə qarşılaşmasında hesabda tarazlıq yaranıb. Görüşün 50-ci dəqiqəsində isveçrəli Stiven Tsuber künc zərbəsindən sonra fərqlənib.

***

Braziliya millisi İsveçrə ilə qarşılaşmada heç-heçə edib. Son saniyədə İsveçrənin qapısı qarşısındakı cərimə zərbəsindən dünyanın ən bahalı oyunçusu Neymar istifadə edə bilməyib.

Tarix
2018.06.17 / 23:59
Müəllif
Orxan Tağıyev
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla