Yuxarı

İran millisində neçə azərbaycanlı var? – Şok rəqəm

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran millisi Rusiyada keçirilən Dünya Çempionatında Mərakeş yığması üzərində qazandığı qələbədən (1:0) sonra diqqətləri üzərinə çəkib.

Axar.az xəbər verir ki, İran yığmasında diqqət çəkən məqamlardan biri də komandada azərbaycanlı futbolçu sayının az olmasıdır. Qəribədir ki, 2006-cı il Dünya Çempionatına qatılan millinin əksər oyunçuları azərbaycanlılardan ibarət olsa da, 2014-cü ildəki turnirdə Azərbaycan əsilli oyunçuların sayı yarıya qədər azalıb. Hazırda isə komandada yalnız bir azərbaycanlı var. Bu, komandanın əsas qol silahı, Yunanıstanın “Olimpiakos” klubunun şərəfini qoruyan hücumçu Kərim Ənsarifərddir.

Son illərdə İran yığmasında azərbaycanlı futbolçuların sayının kəskin azalması birmənalı qarşılanmır. Məsələ ilə bağlı danışan Güney məsələləri üzrə ekspert Əlirza Zamani bildirib ki, Güney Azərbaycanda futbolun inkişafına böyük əngəllər törədilir:

“Ona görə ki, Güneydə futbol həm də milli məsələ halını alıb. Təbrizin “Traktor” klubunun timsalında futbol siyasi mübarizəyə çevrilib. İran rejiminin təzyiqlərinə, məhdudlaşdırma siyasətinə məruz qalan azərbaycanlılar məhz “Traktor” ətrafında milli mübarizə havası yaradıblar. Buna görə də İran Güney klublarına müəyyən sanksiyalar tətbiq edir. Əvvəllər “Traktor” klubu xeyli ulduz futbolçu yetişdirirdi, son vaxtlar bunun sayının azalması, hətta yox dərəcəsinə düşməsi birbaşa İran hökumətinin Güney Azərbaycanda yürütdüyü siyasətin bir parçasıdır”.

Sözsüz ki, rəsmi Tehranın bu siyasəti dolayısı ilə İran futbolunun inkişafına əngəl törədir. Belə ki, Güney Azərbaycan daim İran futboluna güclü futbolçular qazandırıb. Təkcə İran futbol tarixinin ən çox qol vuran futbolçusunun əslən azərbaycanlı Əli Dayi olması buna əyani sübutdur. O, İran yığma komandasında çıxış etdiyi 149 oyunda 109 qol vurub.

Qeyd edək ki, hazırkı İran yığmasındakı futbolçuların əksəriyyəti Tehran klublarında və Avropa komandalarında oynayan fars əsilli oyunçulardır.

Tarix
2018.06.20 / 15:11
Müəllif
Elşad Yaqublu
Şərhlər
Digər xəbərlər

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla