Yuxarı

Darmadağın olan Argentinaya görə Messiyə bunlar yazıldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün DÇ-2018 çərçivəsində keçirilən Argentina - Xorvatiya oyununun gözlənilməz nəticəsi futbol ictimaiyyətinin böyük marağına səbəb olub. Ulduz futbolçusu Messinin liderliyi ilə çempionata qatılan və əsas favoritlərdən hesab olunan Argentinanın Xorvatiyaya 3-0 hesabı ilə məğlub olması haqda sosial şəbəkələrdə maraqlı fikirlər paylaşılıb.

Axar.az Argentinanın məğlubiyyəti ilə bağlı sosial şəbəkələrdə yazılan maraqlı statusları təqdim edir.

Ramin Zaid: “Olmuşam Messi xumar, yenə qollarımız qaçır, yenə qollarımız qaçır”.

Kamran Əsədov: “188 yükdaşıma xidməti Argentinaya ağır yüklərini daşımaq üçün öz xidmətlərini təklif edir”.

İlham Şaban: “Messinin pensiya pulunu Argentinada əlindən almasalar yaxşıdır”.

Emil Salamoğlu: “Yaşım çatandan bəri xorvatların mübarizə aparmadığını görməmişəm. Çox ləyaqətli xalqdır və futbolda da bunu göstəriblər”.

Orxan Tağıyev: “Dünya kuboku dedi ki, “Messi ti kto takoy, davay do svidaniya”.

Elnur Məmmədli: “Argentinanın baş məşqçisi Xorxe Sampaoli Braziliya seriallarında evin xidmətçisinə göz dikən şorgöz ev sahiblərinə oxşayır”.

Tahir Süleymanov: “Argentina millisinin baş məşqçisi futbol əvəzinə “nakolka”larına uyğun bir motosikl alıb, baykerlik etsə, daha münasib olar”.

Anar Əhmədov: “Fantastik oyundur. Argentina ilə belə məzələnən olmamışdı”.

Tural Cəfərov: “Nigeriya sabah İslandiyanı udsa və Argentina da Nigeriyaya qalib gəlsə, Argentina növbəti mərhələyə çıxacaq. Ey Argentina, sən belə hesablar aparan komandamı idin?”

İlham Quliyev: “Argentina yığmasının baş məşqçisi Sampauli futbolçulardan daha hərəkətlidir. Oyun başlayandan dayanmır”.

Ayat Şirin: “Sabah Messi: Argentinanın fəhlələrüyüy”.

Oktay Cəfərov: “Mənə Argentina azarkeşlərinin ağlamağı qəribə gəldi və “Neftçi” uduzarkən azarkeşlərin xorla “Neftçi”ni söyməyi yadıma düşdü”.

İmran Abdin: “Moskva göz yaşlarına inanmır, Messi”.

Qeyd edək ki, Xorvatiyanın qollarını Rebiç, Luka Modriç və Rakitiç vurub. Məğlubiyyətdən sonra Argentina 1 xalda qalıb, Xorvatiya isə xalını 6-ya yüksəldərək, növbəti mərhələyə çıxıb.

Tarix
2018.06.22 / 11:13
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Prezidentlər Ağdamda Şahbulaq qalasında...

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

İran-İsrail toqquşması... – Əliyevin mühüm şərhi

Bayraq yandırmaq gücsüzlükdür, terror əməlidir - Mehrabyan

Kennedidən Azərbaycana qarşı iyrənc böhtan - Video

Ermənilər indi də bizə aid körpünü bağladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla