Yuxarı

Həmişə demişəm ki, ən vacib oyunlar... - Qurbanov

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rəqibimiz yeni baş məşqçiylə yeni heyət qurub. Oyunların hamısını izləmişəm, hər oyuna fərqli sistemlə çıxırlar. Bizi çətin və maraqlı qarşılaşma gözləyir.

Axar.az “Qarabağ”ın rəsmi saytına istinadən xəbər verir ki, bu sözləri Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov deyib. “Qarabağ” UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk matçında sabah səfərdə Sloveniyanın “Olimpiya” (Lyublyana) klubunun qonağı olacaq. Təcrübəli mütəxəssis oyunöncəsi mətbuat konfransında öz fikirlərini bildirib:

“Təbii ki, ilk oyundan sonra rəqibi daha yaxşı tanıyacağıq və cavab matçı daha asan olacaq. Həmişə demişəm ki, ən vacib oyunlar ilk mərhələnin qarşılaşmalarıdır”.

Qurban Qurbanov meydana sərfəli nəticə qazanmaq üçün çıxacaqlarını spyləyib: “Bizim də bəzi problemlərimiz var, buna baxmayaraq, sabah sərfəli nəticə qazanmağa çalışacağıq. Maraqlı və gərgin oyun olacağını düşünürəm”.

Qeyd edək ki, “Olimpiya” – “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.

Tarix
2018.07.11 / 00:38
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

Delimitasiya görüşü: Bakı və İrəvan razılığa gəldi

İlham Əliyev Moskvaya gedir

İlham Əliyev Berlində Şoltsla görüşəcək

Bakının qaldırdığı ilkin etirazlara dair dinləmələr... - Haaqa

Bayramov Fələstinin baş naziri ilə danışdı: Qəzzadakı vəziyyət...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla