Yuxarı

Erməni futbolçu Qəbələyə niyə gətirilmədi?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Proqres"in baş məşqçisi Paolo Amodio Avropa Liqasının I təsnifat mərhələsində qarşılaşacaqları "Qəbələ" ilə oyundan öncə mətbuat konfransı keçirib.

Report-un məlumatına görə, o, jurnalistlərin suallarını cavablandırıb:

- Özünüzü Qəbələdə necə hiss edirsiniz?

- Yeməklərinizi bəyəndiyim üçün mənə heç bir problem yoxdur. Avrokuboklarda bütün oyunlar vacibdir. Mərhələ keçmək üçün çalışacağıq.

- Əsas hücumçunuz Karapetyan Qəbələyə gəlməyib. O da gəlməməyinin səbəbini türk futbolçunuz Mətinlə əlaqələndirib. Mətin ona nə deyib?

Bu sualı Lüksemburq təmsilçisinin idman direktoru Tomas Jiljeman cavablandırıb.

- Bu çox həssas mövzudur. Ona görə də özüm cavab vermək istəyirəm. Sizə, azarkeşlərə hörmət əlaməti olaraq ötən mövsüm 59 qol vuran erməni futbolçumuzu bura gətirmədik. Bu sırf hörmət və feyr-pleylə bağlı məsələdir.

- Ötən il "Reyncers”i mübarizədən kənarlaşdırmışdınız. Şotlandiya klubu ilə "Qəbələ” arasında nə fərq var? Hansı daha çətin rəqibdir?

- "Reyncers” daha məşhur komanda ola bilər. Amma biz bura mərhələ adlamaq üçün gəlmişik. Bunun üçün nə lazımdırsa, edəcəyik.

- Özünüzə çox əminsiniz. "Proqres”in "Qəbələ”dən hansı üstünlükləri var?

- Biz özümüzə inanmasaydıq, bura gəlməzdik, oyuna çıxmazdıq. "Qəbələ”nin necə komanda olduğunu da bilirik. Amma yenidən tarix yazmaq istəyiriksə, burada 18 döyüşçünün olması vacibdir. "Qəbələ”nin heyətində çox dəyişikliklər olub. Baş məşqçi və bir çox futbolçular komandadan gedib.

- Bu sizin şanslarınızı artırır?

- Hər rəqibə hörmətlə yanaşırıq. Baş məşqçi və bir neçə yaxşı oyunçularının getdiyini bilirik. Amma bununla belə icarədə olan oyunçularının komandaya dönməsini, bir yarımmüdafiəçi, bir yaxşı hücumçu aldıqlarını da bilirik. Onlar favoritdir. Lakin bizim də şansımız var. 24 saatlıq yolu rəqibi izləməyə görə gəlməmişik

Tarix
2018.07.11 / 23:00
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla