Yuxarı

Sumqayıt şoku: Liqanın yeni Qurbanovu kimdir? – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sumqayıt şoku: Liqanın yeni Qurbanovu kimdir? – Foto

Azərbaycan Premyer Liqası yeni fenomenlə hamını təəccübləndirməkdədir.

Axar.az xəbər verir ki, gənc heyət və gənc baş məşqçiyə malik olan gənclər şəhərinin komandası "Sumqayıt" çempionatda liderliyə yüksəlib. Futbolçu yetişdirməklə holland "Ayaks"ını xatırladan "Sumqayıt" komandası heç zaman ciddi nəticəyə nail ola bilməyib. Amma bu mövsümə böyük enerji ilə başlayan gənclər birinciliyi ələ keçiriblər.

Komanda 12 xalla çempionatın lideri statusuna malikdir. Gənc çalışdırıcı Aqil Məmmədovun başçılığı altında əzmkarlıq nümayiş etdirən "Sumqayıt" belə davam edərsə, "Qarabağ" presedentini təkrarlaya bilər. Komanda eynilə "Qarabağ" kimi ciddi nəticəyə can atır. Aqil Məmmədov da Qurban Qurbanov kimi gənc mütəxəssis olaraq nailiyyət qazanmaq, komandasını Avropaya çıxarmaq istəyir. İdman ekspertləri hesab edirlər ki, bu templə davam etsə, "Sumqayıt" hamını şoka sala, çempion ola və sensasiya yarada bilər.

Qeyd edək ki, Azərbaycan Premyer Liqasında 5-ci tura yekun vurulub. Son oyun günündə daha bir qarşılaşma keçirilib. "Bakı" öz meydanında yeni mövsüm uğurlu çıxışı ilə diqqət çəkən "Sumqayıt"ı qəbul edib. Sumqayıt təmsilçisi bu görüşdə hesabda geridə olsa da, sonradan iki qol vuraraq qalib gəlib. Bu qələbə sayəsində onlar yenidən liderliyə yüksəlib.

"Bilirdik ki, çox çətin olacaq. Mübariz komandaya qarşı oynadıq".

Bu sözləri "Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov oyun haqda danışarkən deyib. O, daha sonra bildirib:
"İlk hissədə komandamdan razı qalmadım. İkinci hissədə isə toparlandıq və lazımı nəticəni əldə etdik. Bu oyunda azarkeşlərin də dəstəyini hiss elədik. Oyunun gedişində zədə alan Slavik Alxasovun zədəsi ciddi deyil.

Yaxın günlərdə komandaya qoşulacaq".

Tarix
2014.09.15 / 08:30
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Yeni sərəncam: Bəxtiyar Əsgərov işdən çıxarıldı

Hasil Abbasov şöbə müdirini işdən çıxartdı

AB Ərəbistanın dəniz koalisiyasına qoşulur

Transxəzər marşrutu üçün 55 milyardlıq investisiya...

Prezidentin başçı təyin etdiyi Babayev kimdir?

Səfirdən Azərbaycan haqda: Heç vaxt unutmayacağıq

İlham Əliyev üç rayona başçı təyin etdi

Kərki Azərbaycana qaytarılır - Müzakirələr qızışır

Pakistanda azərbaycanlı qadına təcavüz edildi

Azərbaycanın neft-qaz sektorunda formalaşdırdığı müqavilə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla