Yuxarı

Şok qərar: Azərbaycan klubları ləğv edildi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şok qərar: Azərbaycan klubları ləğv edildi

Təbrizdə “Şəhrdari” adı daşıyan bütün idman komandalarının ləğv edilməsi haqda qərar çıxarılıb.

Axar.az xəbər verir ki, Təbriz Şəhər Şurası üzvlərinin üçdə ikisinin komandaların qalmasını müdafiə etməsinə baxmayaraq, Şəhər İcra Hakimiyyətinin başçısı Əliyar Rastqu və Şəhər Şurasının islahatçı üzvlərinin müdaxiləsi nəticəsində şəhər bələdiyyəsinin bütün idman komandaları ləğv edilib.

Bu qərar nəticəsində ölkədaxili və Asiya üzrə yarışlarda böyük uğurlara imza atan Təbriz bələdiyyəsinin futbol, basketbol, voleybol, velosiped, şahmat və yüngül atletika komandalarının fəaliyyəti dayandırılıb. Voleybol və basketbol komandalarının üzvləri “Şəhrdari”ni saxlamaq üçün məsul şəxsləri razı salmağa çalışırlar.

Qeyd edilir ki, Təbriz Şəhər Şurasının sözdə islahatçı üzvü Fərəc Məhəmmədquluzadə komandaların ləğv edilməsi üçün xüsusi səy göstərib.

Tarix
2018.08.06 / 13:52
Müəllif
Aytac Araz
Digər xəbərlər

Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub

Səfirliyimizin önündə bu sözləri qışqırmışdı - Axtarışa verildi

Azərbaycan “Diriliş Ərtoğrul”un aktyorunu axtarışa verdi

Azərbaycana qarşı çıxan daha bir Saral - bu dəfə saxtası...

Azərbaycan əleyhinə danışan Şanlı AKP-nin siyahısında...

İran sərhədi bağladı: Türkiyə və Pakistana qarşı addım

Baş Prokurorluğun axtarışa verdiyi Zəkəriyə kimdir?

BMT-də Qarabağdakı vəhşiliklər barədə məlumat verildi

İrandan təsdiq gözləyirik - Overçuk

Bakının axtardığı Kaya İŞİD-çidir? - Cübbəli ifşa etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla