Yuxarı

Millət vəkili Ramilin qələbəsindən yazdı: inanılmaz...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ramil Quliyevin yarışını izlədim. Fərqi yoxdur, Türkiyə adına çıxış həm də bizim adımıza çıxışdır. İnamlı qələbə qazandı. Bu, atletizmdə bizim üçün inanılmaz bir göstəricidir. Təəssüf ki, bu cür yarışlarda Azərbaycanın izi-tozu yoxdur.

Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa azərbaycanlı atlet Ramil Quliyevin Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanmasına münasibət bildirərkən deyib. O, idmanı təbliğ etmək üçün məktəbin, infrastrukturun və təbliğatın olmamasından şikayətlənib:

“Üzgüçülük ənənəsi olmadığına görə necə kütləvi şəkildə dənizdə, göldə boğuluruqsa, eləcə də nə disk, nə nizə ata bilirik, qaçmamız və tullanmamız da heç yox. Cəhalətə doğru qaçış olsaydı, dünyada bizə çatanmı olardı? Heç olmazsa Ramilin qələbəsindən həvəslənib bundan sonra atletizmə diqqət yetirmək olar. Övladlarınızı idmana yönəltməkdən çəkinməyin, təhsildən yayındırmayın. Ramilin müsahibəsi də səviyyəli və anlamlı idi. Bir sözlə, beşdə beşlik bir obraz. Bir daha bu qəhrəman vətən övladını həm də Azərbaycanda dəyər verilmədiyində məhz Türkiyəni seçdiyinə görə təbrik edirəm”.

Qeyd edək ki,Türkiyə millisinin əslən azərbaycanlı sprinteri Ramil Quliyev Berlində keçirilən atletika üzrə Avropa çempionatında qızıl medal qazanıb. 28 yaşlı idmançı 200 metr məsafəyə qaçışda bütün rəqiblərini qabaqlayıb və finişə 19,76 saniyəyə çatıb.

Tarix
2018.08.10 / 10:35
Müəllif
Büllurə Yunus
Şərhlər
Digər xəbərlər

Nazirdən rus sülhməramlılar ilə bağlı göstəriş

Kəndər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla