Yuxarı

Atletimiz Avropa çempionatında ilk medalını qazandı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Almaniyanın paytaxtı Berlində keçirilən atletika üzrə Avropa çempionatında Azərbaycan millisi ilk medalını qazanıb.

Report-un məlumatına görə, 3 təkanla tullanma növündə Aleksis Kopelyo gümüş medala sahib olub. Kubalı legioner 6 cəhdindən ən yaxşısını 16,93 metr nəticə ilə göstərib. Kopelyo əvvəllər Kuba millisində çıxış etdiyi vaxt 2009-cu ildə Berlində keçirilmiş dünya çempionatında bürünc medalçı olmuşdu. O, Azərbaycan vətəndaşlığını qəbul etdikdən sonra da ilk medalını elə eyni məkanda təşkil olunmuş qitə çempionatında əldə edib.

Avropa çempionu adına isə son cəhdində 17,10 metr tullanmağı bacaran portuqaliyalı olimpiya və dünya çempionu Nelson Evora yiyələnib. 34 yaşlı atlet karyerasında üçüncü dəfə Avropa çempionu olub. O, daha əvvəl 2015 və 2017-ci illərdə qitənin ən güclüsü titulunu əldə etmişdi.

Bürünc medala yunanıstanlı Dimitrios Tsiamis 16,78 metr göstərici ilə sahib olub. Azərbaycanın digər təmsilçisi Nazim Babayev isə ondan cəmi 2 santimetr geri qalaraq, 4-cü yeri tutub və mükafatçılar sırasına düşə bilməyib.

Tarix
2018.08.13 / 00:58
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rus sülhməramlıları çıxan kimi 4 kənd qayıtdı…

Qazaxın 4 kəndi qaytarıldı – Paşinyanın ofisinin izahatı

Sülhməramlıların çıxmasının sensasion səbəbi: Yayılmayan video?...

Onlar İtaliyadan nümunə götürməlidir - Bayramov

Bir güllə atmadan 4 kəndin qaytarılması… - İsti şərh

G7 Bakı və İrəvana çağırış etdi

Razılaşma: Bakı və İrəvanın sərhəd xidmətləri eyni vaxtda...

Delimitasiya prosesi davam etdiriləcək

Delimitasiya prosesi bu bəyannaməyə əsaslanacaq

Qazaxın 4 kəndi Azərbaycana qaytarıldı - Təcili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla