Yuxarı

Millimizin "turist" futbolçuları - Siyahı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan yığmasının baş məşqçisi Qurban Qurbanov UEFA Millətlər Liqasında Malta və Kosovo ilə keçirilən matçlarda 10 futbolçunun xidmətindən yararlanmayıb.

Sportnet.az xəbər verir ki, 46 yaşlı mütəxəssis 25 oyunçunun yer aldığı siyahısından yalnız 15 oyunçuya şans verib. Qapıçılar Şahrudin Məhəmmədəliyev, Emil Balayev, müdafiəçilər Rahil Məmmədov, Məhəmməd Mirzəbəyov, Bəxtiyar Həsənalızadə, yarımmüdafiəçilər Coşqun Diniyev, Namiq Ələsgərov, Rəhman Hacıyev, Cavid Hüseynov və Rahid Əmirquliyev Millətlər Liqasının ilk iki turunda iştirak etməyiblər.

Hamıdan çox Qurban Qurbanovun özünün eyni zamanda rəhbərlik etdiyi "Qarabağ" klubunun və sabiq komandası "Neftçi"nin futbolçuları ehtiyat oyunçular skamyasının daimi sakininə çevrilib. Ağdam təmsilçisindən Məhəmmədəliyev, Məmmədov və Diniyev, paytaxt təmsilçisindən isə Mirzəbəyov, Ələskərov və Hacıyev millinin düşərgəsinə turist kimi yollanıblar. "Səbail"dən Balayevlə Əmirquliyev, "Sumqayıt"dan Həsənalızadə, "Qəbələ"dən Hüseynov ümumiyyətlə meydana çıxmayıb.

Digər tərəfdən, Həsənalızadənin adı hər iki görüşdə 23 nəfərlik iştirak ərizəsində belə yer almayıb. "Səbail"in daha bir futbolçusu Ruslan Qurbanov Kosovo ilə Bakıdakı görüşdə iştirak etsə də, Maltada "23-lük"dən kənarda qalıb.

Qurban Qurbanovun yararlandığı 15 futbolçudan hər iki oyunda cəmi 6-sı - Kamran Ağayev, Bədavi Hüseynov, Maksim Medvedev, Qara Qarayev, Riçard Almeyda və Mahir Mədətov sonadək meydanda olub. Cavid İmamverdiyev ilk, Ruslan Qurbanov ikinci oyunu buraxıb. Rauf Əliyev, Dmitri Nazarov və Təmkin Xəlilzadə Kosovoya qarşı oyunda meydana sonradan daxil olsalar da, Malta ilə görüşdə start heyətdə yer alıblar. Əvəzində ilk görüşdə start heyətdə olan Ürfan Abbasov və Ramil Şeydayev səfər matçında oyuna ikinci hissədə daxil olub. Pavlo Paşayev və Emin Mahmudov hər iki qarşılaşmada ilk "11-lik"də yer alsa da, onlardan birincisi elə ilk yarıdaca, digəri isə fasilədən sonra əvəzlənib.

Qeyd edək ki, Azərbaycan yığması Millətlər Liqasının ilk turunda evdə Kosovo ilə qolsuz heç-heçə edib. II turda Malta ilə səfər matçı 1:1 hesablı bərabərliklə yekunlaşıb.

Tarix
2018.09.12 / 22:48
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycanlıların Ermənistana qaytarılması üçün... - Zaxarova

Onlar Qafqazda yeni böyük yanğını alovlandırmaq istəyir

AK Ermənistana 33 milyon avro ayıracaq

Türkiyə-Rusiya Birgə Mərkəzin fəaliyyəti dayandırılır

Xudavənglə bağlı addımlar atılacaq - Hacıyeva

Sülhməramlılar Qarabağdan çıxır - Yeni video

Kəndlərimizin Azərbaycan ərazisinə yaxınlığına sevinin!

Bunu etməsək, bölgədə daha bir partlayış olacaq - Paşinyan

ABŞ-dan sülhməramlıların Qarabağdan çıxmasına reaksiya

Bakı sülhməramlıların çıxması üçün Moskvaya nə verib? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla