Yuxarı

Azərbaycan daha bir çempionat keçirir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Azərbaycan daha bir çempionat keçirir

"Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə Respublika Çempionatı keçiriləcək.

Bu barədə Axar.az-a Gənclər və İdman Nazirliyindən məlumat veriblər. Respublika Çempionatı bu ay start götürəcək. Çempionatın zona mərhələsi 08-12 oktyabr tarixlərində Mingəçevir, Xaçmaz, İsmayıllı və Cəlilabad şəhərlərində baş tutacaq. Final mərhələsi isə 22-27 oktyabr tarixlərində Qəbələ şəhərində keçiriləcək.

"Vətənin müdafiəsinə hazıram" poliatlon çoxnövçülüyü üzrə Respublika Çempionatında idmançılar 4 növçülük (100 m və 2000 m qaçış,turnikdə dartınma və qumbara atma) üzrə yarışacaqlar. Qalib gəlmiş komandalar Gənclər və İdman Nazirliyinin müvafiq diplomları ilə mükafatlandırılacaqlar.

Yarışın keçirilməsində məqsəd gəncləri vətənin müdafiəsinə mənəvi və fiziki cəhətdən hazırlamaq, vətənə məhəbbət, vətənpərvərlik hisslərini aşılamaqdır.

Qeyd edək ki, yarış Beynəlxalq Poliatlon Assosiasiyasının qaydalarına əsasən keçiriləcək.

Tarix
2014.10.01 / 14:33
Müəllif
Nigar İxtiyarqızı
Digər xəbərlər

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

Universitetlərə bu statusun verilməsi ilə bağlı tələblər

Bu məhsulların gömrük rüsumları dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla