Yuxarı

Rəşad Sadıqov İtaliyadan geri qayıtmadı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəşad Sadıqov İtaliyadan geri qayıtmadı - Video

Azərbaycan üçün növbəti İtaliya sınağı var. "Qarabağ"ın Avroliqada "İnter"lə görüşündən sonra millimiz bu ölkənin seçməsinin qonağı olacaq.

Axar.az-ın məlumatına görə, oktyabrın 10-da Azərbaycan milli komandası AVRO-2016 seçmə qrup mərhələsində italyanlarla üz-üzə gələcək.

Bu məqsədlə "Qarabağ"ın futbolçusu Rəşad Sadıqov "İnter"lə İtaliyadakı oyunundan sonra Azərbaycana qayıtmayıb. 32 yaşlı müdafiəçi Milandan Almaniyaya yollanıb.

Buna səbəb onun Azərbaycan millisinə dəvət olunmasıdır. Milandan Frankfurta yollanan Rəşad kapitanı olduğu yığmaya Almaniyada qoşulacaq.

Millinin açıqlanan heyətində adı olmayan Sadıqov sonradan heyətə daxil edilib. Buna "İnter" – "Qarabağ" qarşılaşmasını stadiondan canlı izləyən almaniyalı baş məşqçi Berti Foqts qərar verib.

Mütəxəssis zədəli olduğu üçün milliyə dəvət etmədiyi müdafiəçinin Milandakı qarşılaşmada iştirak etdiyini görüb, onun yığmada da oynaması iqtidarında olduğu qənaətinə gəlib.

Komandamızla Almaniyada görüşəcək kapitan AVRO-2016-nın seçmə mərhələsinin oktyabrın 10-da İtaliya, 13-də Xorvatiya ilə matçlarına hazırlaşacaq.

Yada salaq ki, 2002-ci ildə Azərbaycan İtaliyaya öz meydanında 0:2 hesabı ilə uduzmuşdu, cavab görüşündə isə rəqib qapımıza 4 top vurmuşdu. Bakıda keçirilən oyunu dövlət başçısı, o zaman Milli Olimpiya Komitəsinin rəhbəri olan İlham Əliyev, nazirlərimiz də izləmişdilər.

Axar.az o tarixi matçdan fraqmentləri təqdim edir:

Tarix
2014.10.04 / 00:19
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Paşinyan Pnompendə Bakı ilə sülhdən danışdı

Kərimlilərin ermənilərlə işbirliyi: Mükafatın verildiyi gün...

Bakı və London arasındakı bəyannamə... - Qafarov

İlham Əliyev Mahmud Abbası təbrik etdi

Azərbaycan Fələstini təbrik etdi

Fulya Leyla Əliyeva ilə videosunu bu mahnı ilə paylaşdı

Leyla Əliyeva COP31 çərçivəsində mühüm görüş keçirdi

Avropanın Azərbaycana marağı niyə artır? - Momınkulov

Leyla Əliyeva Xəzər dənizinə aid problemləri qabartdı

Dünya prezidenti olsaydınız, nəyi dəyişərdiniz? - Əliyevin cavabı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla