Yuxarı

“Qarabağ” Ukraynaya nigeriyalı transferlə gedir - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” Ukraynaya nigeriyalı transferlə gedir - Foto

"Qarabağ" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.

Axar.az xəbər verir ki, ölkəmizi Avropa Liqasının qrupunda təmsil edən Ağdam təmsilçisi Nigeriya əsilli isveçrəli futbolçu İnnosent Emeqara ilə danışıqlar aparır. Rekord.az saytı yazıb ki, tərəflər arasında razılıq əldə olunub, 25 yaşlı hücumçu bu gün Bakıya gəlib, klubun Suraxanıdakı bazasında olub və komanda rəhbərliyi ilə görüşüb.
Onunla rəsmi müqaviləyə imzalandığı da bildirilir. Sadəcə, hazırda bayram günü olduğu üçün müqavilənin notariusda təsdiqlənməsi gələn həftəyə qalıb.

Qeyd edək ki, Emeqara İsveçrənin "Sürix", "Qrashoppers", Fransanın "Lorient", İtalyanın "Siena" klublarında oynayıb. Onun son klubu 2013/14 mövsümündə İtaliyanın başqa bir təmsilçisi "Livorno" (hazırda B seriyasında çıxış edir) olub. Emeqaranın "Qarabağ"la azad agent statusu ilə razılıq əldə etdiyi bildirilir.

***

Bu arada isə Ukrayna "Dnepr"i "Qarabağ"la görüşə ciddi yanaşır. İki oyuna bir xalı olan hər iki komanda üçün qarşılaşma əhəmiyyət kəsb edir. Çünki "Sent-Etyen" –"İnter" matçının nəticəsindən asılı olaraq qrupda müəyyən aydınlıq yaranacaq.

"Biz və rəqibimiz xal itirdik. Qələbə qazanmağa çox istəkli idik. Rəqibin də qol imkanları oldu. Ancaq buna kimi penaltini qaçırdıq".

Bu sözləri "Dnepr"in baş məşqçisi Miron Markeviç "Sent-Etyen"lə oyun (0:0) haqda danışarkən deyib.

"Kaliniç belə zərbələri yaxşı vursa da, bu dəfə qapıçı inamlı oynadı. "Sent-Etyen"i bəyəndim. Qarşımızda təşkilatlanmış və sərt komanda vardı: onlarla mübarizə aparmaq asan olmadı" - deyə, mütəxəssis bildirib.

Ukrayna klubunun çalışdırıcısı "Qarabağ"la qarşıdakı oyunların mühüm olduğunu vurğulayıb: "Səfərdə heç-heçə pis nəticə deyil. İndi "Qarabağ"la iki vacib oyunumuz var. Hesab edirəm ki, hər şey "Sent-Etyen"lə son oyunda məlum olacaq".

Qeyd edək ki, "Qarabağ" "Dnepr"lə 23 oktyabrda Kiyevdə, 6 noyabrda isə Bakıda qarşılaşacaq.

Tarix
2014.10.04 / 23:32
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

Ankara və Bakı ilə bağlı bu addımları atırıq – Paşinyan

İlham Əliyev "ŞƏT plyus" formatında görüşdə çıxış etdi - Foto

BMT-nin heç bir rolu yox idi, özümüz etdik - Prezident

Ermənistanla bunların üzərində işləyirik - Prezident

Bayramov İshaq Darla Bişkekdə görüşdü

Beş ölkənin birinci xanımları Bişkekdə sərgidə - Foto

İlham Əliyev Putinlə ayaqüstü görüşdü - Video

"ŞƏT plyus" formatında yüksək səviyyəli görüş başladı - Canlı

Bu reallığı Ermənistan cəmiyyəti də etiraf edir

Bişkekdə dövlət və hökumət başçılarına ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla