Yuxarı

Gündüzdən daha bir uğur: Sağlam idmançılara qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İştirak etdiyi yarışlardan hər dəfə qalib olaraq vətənə qayıdan məşhur paralimpiyaçımız Gündüz İsmayılov Moskva şəhərində keçrilən növbəti yarışın tək qalibi olub.

Axar.az xəbər verir ki, Moskvada təşkil olunan Dünya Çempionatına dəvət alan G.İsmayılov daha bir mükafat qazanıb. Sağlam idmançılarla yarışa çıxan paralimpiyaçımızdan başqa yarışda əlil idmançı olmayıb. Bütün rəqdiblərinə qalib gəlməyi bacaran G.İsmayılov birinciliyi əldə edib.

Ard-arda yarışlarda iştirak edib belə nailiyyətlər qazanmaq əksər idmançılar üçün olduqca çətindir. Hətta sağlam idmançılar belə bu qədər risk etmir və davamlı olaraq yarışlara qatılmır. Lakin paralimpiyaçı G.İsmayılov davət aldığı yarışlardan başqa, öz istəyi ilə bu tip yarışlara qatılır və nailiyyətlər əldə edir.

Gömrükcü İdman Cəmiyyətinin üzvü olan G.İsmayılov Sidney Yay Paraolimpiya Oyunlarının qalibi olmaqla yanaşı, sağlam idmançılar arasında artiq üçqat dünya çempionudur.

O, həm də dördqat Avropa çempionudur.

Tarix
2018.10.11 / 13:42
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

Kəndlər qaytarılandan sonra Paşinyan ilk dəfə danışdı

Ruslar getdi, kəndlər qaytarıldı: Bu, necə oldu?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla