Yuxarı

Cavadov: “Rövnəq Abdullayevə o iclasda dedim ki...”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millimizin Xorvatiyadakı rüsvayçı (6:0) məğlubiyyəti AFFA-nı qəzəbləndirib.

Axar.az-a daxil olan məlumata görə, yaxın günlərdə baş məşqçi Berti Foqtsun istefaya göndərilməsinə hazırlıq görülür.

Məlumata görə, AFFA İcraiyyə Komitəsi onun "torbasını tikmək" üzrədir və ardıcıl olaraq komitə üzvlərinin sərt çıxışları da buna hesablanıb.

***

Gün ərzində komitə üzvlərinin müsahibələri yayımlanıb və mövqelər birmənalı şəkildə Foqtsun istefaya getməsinə köklənib. Bir sözlə, 7 ildir "fokus" göstərən Foqtsu "topa tutub" ölkəsindən qayıtmasına çalışırlar. Gün ərzində yayılan müsahibələrdən xülasələr:

Hamının fikrindən o keçir

AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mahir Məmmədov:

"Əvvəla "yolun ortasında" kimlərinsə istefasını xoşlayan adamlardan deyiləm. İkincisi, bu məsələyə baxılacaq, gündəlikdə olacaq. Ola bilsin ki, İcraiyyə Komitəsinin üzvlərində fikir formalaşıb. İndi hamının fikrindən Qurban Qurbanov keçir. O, doğurdan da püxtələşmiş, hazır mütəxəssisdir. Onu bir şəxsiyyət, bir mütəxəssis kimi çox istəyirəm. Futbolçu olduğu vaxtda da Qurbanın pərəstişkarı olmuşam".

Foqtsun getməsinin tərəfdarıyam

AFFA-nın İcraiyyə Komitəsinin üzvü Mirkamil Rəhimov:

"Dünya səviyyəsində komanda hazırlaya bilmirsə və çox böyük hesabla yenilirsə, baş məşqçinin özü istefa verməlidi. Hesab edirəm ki, onun Xorvatiya ilə oyundan sonra mətbuat konfransında işlətdiyi sözlər İcraiyyə Komitəsinin bir üzvü kimi məni qane etmir.

Qətiyyətlə onun istefa verməsinin tərəfdarıyam. Özü də deyir ki, mənim Azərbaycanda bu şəraitdə işləmək imkanım yoxdur. Yəqin ki, İcraiyyə Komitəsinin üzvləri yaxın günlərdə toplaşacaq. Bu, böyük hesablı məğlubiyyətdir və bundan nəticə çıxarmalıyıq. İcraiyyə Komitəsində Foqtsun istefasına dair yeni formada qərar çıxarılmalıdır. Fikrimcə, ona lazımi qədər şans verilib. İndi Foqtsun getməsinin tərəfdarıyam".

Rövnəq Abdullayevə dedim ki...

AFFA İcraiyyə Komitəsinin üzvü İsgəndər Cavadov:

"Foqts İcraiyyə Komitəsinin iclasında komandamızın 2016-cı il Avropa çempionatının final mərhələsinə çıxmağa hazır olduğunu bildirmişdi. Həmin iclasda AFFA prezidenti Rövnəq Abdullayevə dedim ki, Foqts Azərbaycan yığmasına xeyir verməyəcək.

Amma onun komandada işini davam etdirməsinə səs verdim. Bilirdim ki, Foqtsun AVRO-2016 ilə bağlı verdiyi vədlər boş sözlərdən ibarətdir. Ümumiyyətlə, Rövnəq müəllim milli üçün böyük işlər görür və hər cür şərait yaradır. Amma dəyişikliklər etməlidir. O, bəzi adamları AFFA-dan kənarlaşdırmalıdır".

Tarix
2014.10.16 / 08:45
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla