Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Yanvar 2019


Qurbanov açıqladı: Çalışacağıq ki, hamını sevindirək

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sabah bizi çətin və vacib oyun gözləyir. Dördüncü oyunda yaxşı nəticəni yaxşı oyunla əldə etmək istərdik. Bu, çətin olacaq. "Vorskla" öz meydanında aqressiv çıxış edir. Ötən müddətdə futbolçuları matça hazırlamışıq. Sabah futbolçularımızın yaxşı mübarizə aparacaqlarını və diqqətli olacaqlarını gözləyirik. Ola bilər ki, matçın gedişində dəyişikliklər olsun. Buna hazır olmalıyıq.

Report xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Poltavada Ukrayna "Vorskla"sı ilə keçirəcəkləri Avropa Liqasının qrup mərhələsinin IV tur matçından əvvəl mətbuat konfransında deyib.

Daha sonra 46 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb:

- Zədəlilərin vəziyyəti necədir?

- Yalnız Ansi Aqolli meydanda olmayacaq. Maksim Medvedev və Donald Gerrye tam hazır olmasalar da, oynamaq ehtimalı var.

- Bu matça revanş kimi yanaşmaq olarmı?

- Buna revanş deməzdim. Dördüncü oyunumuzdur, xalımız yoxdur. Digər rəqiblərə qarşı da belə istəklə çıxacaqdıq. İndiyədək göstərdiyimiz oyun nəticə üçün kifayət etməyib. Sabah bizim üçün çox vacib olacaq. Bu, dördüncü oyunumuzdur. Elə rəqib üçün də bu, belə olacaq. Qalib gələcəkləri halda bu, "Vorskla" üçün mərhələ adlamaq baxımından böyük şans olacaq.

- "Vorskla" yenə münasib rəqib kimi qalır?

- Bəli, bu komandaya qarşı daha yaxşı oyun sərgiləmək olar. Amma belə rəqibləri nə üstün, nə də aşağı sayıram. Onlar bizdən daha üstün olan Ukrayna çempionatında oynayırlar. Biz neçə illərdir avrokubok təcrübəsi toplayırıq. Daha güclü çempionatlardan olan, ustalıq səviyyələri yüksək komandaları qarşı çıxış etmişik. Bakıdakı görüşdə heç də rəqibdən geri qalmamışdıq. Ola bilər ki, rəqib öz meydanında daha aktiv, aqressiv oynasın. Bura yaxşı oyun və nəticə üçün gəlmişik. İstənilən rəqibə qarşı belə istəklə çıxacaqdıq. Lakin rəqibə hörmətlə yanaşırıq. "Vorskla"nın öz oyun üslubu var. Çalışacağıq ki, hər birinizi sevindirək.

- "Arsenal"la oyunda daha çox şans əldə etsəniz də, "Vorksla" ilə qarşılaşmada bunu görmədik. Bu, motivasiyanın fərqli olması ilə əlaqədar idi, yoxsa rəqib buna imkan vermədi?

- "Arsenal"la oyunda doğrudan da fərqli görünürdük. Amma deməzdim ki, "Vorskla" ilə qarşılaşmada motivasiyamız az idi. Rəqib yaxşı müdafiə olunurdu. Sadəcə, ustalıq səviyyəsi aşağı oldu ki, imkanlardan yararlana bilmədik. "Arsenal" daha açıq futbol oynayırdı, buna görə hücumlar qura bilirdik. "Vorskla" isə buna şərait yaratmadı, tez qapandı. Digər tərəfdən, üzərimizdə psixoloji basqı var. Azərbaycanın yeganə təmsilçisiyik. Futbolçularda psixoloji yorğunluq olur. Həddən artıq istəkli olduqda, düşündüyünü həyata keçirməkdə çətinlik çəkirsən. Ola bilsin, yenə belə fikirləşiblər. Bu da bizə son nöqtəni qoymaqda mane oldu. Oyunu analiz etmişik. Düşündüyümüz alınsa, ola bilər ki, sabah ilk qarşılaşma ilə müqayisədə tam əksi olsun.

- İlk oyunla müqayisədə dəyişiklik ediləcək?

- Dəyişiklik olacaq. Bu, yaxşı nəticə üçün ediləcək.

Tarix
2018.11.07 / 22:11
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Əfsanəvi futbolçu "Beşiktaş"ı tərk edir - Səbəb

Rəcəbov heç-heçə etdi, Məmmədyarov isə...

Türkiyə liqasında inanılmaz: futbolçu 1 dəqiqə ərzində...

"Neftçi"nin prezidentindən təqdirəlayiq addım: 20 Yanvar...

Azərbaycanlı olimpiya çempionu karyerasını bitirdi

Mbappe Messiyə çatdı: Şərikli lider...

"Qarabağ"dan inamlı qələbə: çexlər məyus edildi

Azərbaycanda üç futbol komandası ləğv olundu

Futbolda əl ilə təsadüfi oyuna görə - Cəza

Avropanın ən zəngin klubu: UEFA açıqladı

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla