Yuxarı

Şahmat-Boks Turniri təşkil edilib - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada Dünya Professional Şahmat-Boks Turniri təşkil edilib.

"RİA Novosti"nin verdiyi xəbərə görə, dünyanın 6 ölkəsindən turnirə qatılan boksçular bu dəfə əzələləri ilə bərabər beyinlərini də işə salmalı olub. Həm güclü, həm də ağıllı olanlar üçün gələcək vəd edən bir idman növü olaraq görünən şahmat boksu idmançıların boksla və şahmatla eyni anda məşğul olduğunu xarakterizə edən qeyri-adi bir idmandır.

Qaydalara görə rəqibi mat, ya da nokaut etmək lazımdır. Bir raundun ardınca şahmat masasına oturulur. Masada müəyyən bir müddətdə "mat" vəziyyəti yaranmazsa, yenidən rinqə qayıdılır. Hər şahmat raundu 4 dəqiqə, hər boks raundu 3 dəqiqə olmaqla görüş 39 dəqiqə davam edir. Hər raund arası idmançılara paltarlarını dəyişdirmək üçün 1 dəqiqə fasilə verilir. Hər rəqibin şahmat raundunda hücum etmək üçün 12 dəqiqəsi var.

Şahmatda "mat" olan, ya da müddəti ötürən, boksda isə nokaut olan, yaxud hakim qərarı ilə məğlub elan edilən oyunçu görüşdən məğlub ayrılır. Şahmat oyunu bərabər bitdikdə boksda daha çox xal qazanan görüşün qalibi olur. Ən maraqlı tərəf burasındadır ki, əgər boksda da bərabərlik yaransa, oyunu şahmatda qara fiqurlarla oynayan tərəf qazanır.

Tarix
2013.12.03 / 22:45
Müəllif
Natiq Azəri
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

Prezident: Türkiyə ilə Ermənistan arasında yaxınlaşma…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla