Yuxarı

Hafkanın "Bakı"sı çökür

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hafkanın "Bakı"sı çökür

İş adamı, Hafka ləqəbli Hafiz Məmmədovun klubu rəsmən çöküş dövrünə qədəm qoyub.

Axar.az xəbər verir ki, bu gedişlə "Bakı" klubu Premyer Liqadan aşağı diviziona enəcək.

Klubun çempionatda çıxışları və turnir cədvəlində yeri bunu deməyə əsas verir. Komandanın son qarşılaşmada "Xəzər-Lənkəran"a 0:4 hesablı məğlubiyyəti artıq "Bakı"nın tənəzzül dövrünü yaşadığını göstərir.

Hafka klub daxilində hər hansı çaxnaşma olmadığını açıqlasa da, reallıq komandanın çempionatın əsas liqasından kənarlaşmaq üzrə olduğunu deyir.

Qeyd edək ki, Topaz Premyer Liqasında VIII turun oyunlarına yekun vurulub. Son matç Lənkəranda keçirilib.

Bir vaxtlar görüşləri prinsipiallığı ilə seçilən "Xəzər Lənkəran" "Fırtınalar meydanı"nda "Bakı"nı qəbul edib.

Turnir cədvəlinin ikinci yarısında qərarlaşan rəqiblərin duelində sevinən tərəf meydan sahibləri olub. İlk hissədə 3 top vuran cənublular fasiləyə üstün yollanıb. İkinci yarıda isə baş məşqçi Oğuz Çətinin yetirmələri yalnız bir dəfə fərqlənməyi bacarıblar – 4:0.

Qeyd edək ki, turun açılış günündə "Neftçi" səfərdə "Sumqayıt"ı 1:0, "Qarabağ" isə öz meydanında "Qəbələ"ni 2:0 hesabı ilə məğlub edib. "Araz Naxçıvan" AZAL-la, "İnter" "Simurq"la heç-heçəyə razılaşıb.

Yer

Komanda

o

q

h

m

t/f

x

1

İnter

8

4

3

1

20-4

15

2

Qarabağ

7

4

2

1

11-6

14

3

Neftçi

7

4

1

2

6-7

13

4

Sumqayıt

8

4

0

4

10-11

12

5

Xəzər L

8

3

2

3

9-6

11

6

Qəbələ

8

3

2

3

7-10

11

7

Simurq

8

3

1

4

9-8

10

8

AZAL

7

2

3

2

7-10

9

9

Bakı

8

2

1

5

6-19

7

10

Araz N

7

1

1

5

7-11

4

Tarix
2014.10.20 / 15:01
Müəllif
Emin Aslanlı
Digər xəbərlər

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

Mehriban Əliyeva 18 oktyabrla bağlı paylaşım etdi

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla