Yuxarı

Qurbanov bu vəzifələrindən istefa verdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Qurbanov bu vəzifələrindən istefa verdi

13:39

Qurban Qurbanov futbol üzrə Azərbaycan milli komandası ilə yollarını ayırıb.

Axar.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

Q.Qurbanov bildirib ki, aşağı yaş qrupları üzrə bütün komandaların baş məşqçiləri də istefaya gedəcək:

"Biz sıfırdan başlamalıyıq. Futbolumuzda çatışmayan cəhət yoxdur. Biz 6 illik plan verməmişdik. Bu işləri hissə-hissə görməliyik. Ola bilsin, üzərimdən böyük yük qalxdı. Mən milli ilə klubları bir-birindən ayırmadım. Öz işimi vicdanla gördüm. Rahatam".

“Yaxşı baş məşqçilərimiz var. Bu posta kimin təyin olunmasına ən yaxşı qərarı AFFA verəcək. Milli ilə vidalaşacağam. Qarşılıqlı razılıq əsasında qərar qəbul olunub. Gördülər ki, iki yerdə çalışmaq çətindir. Olduğum müddətdə hər şeyi düz etməyə çalışdım. Nə vaxtsa yığmaya qayıdacağımı bilmirəm”, - deyə Q.Qurbanov əlavə edib.

O, Azərbaycan millisinin ardından Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) İcraiyyə Komitəsinin üzvlüyündən də istefa verməyi qərara alıb.

O deyib ki, komitə üzvləri qarşısında məsələ qaldırsa da, qalmasını istəyiblər. Lakin Q. Qurbanov bütün diqqətini klubuna yönəldəcəyini vurğulayıb.

Tarix
2018.12.08 / 14:13
Müəllif
Axar.az
Digər xəbərlər

Ankara bunun üçün Azərbaycana arxalanır - Bayraqdar

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla