Yuxarı

“Qarabağ” “cənublular”ı əliboş yola saldı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Qarabağ” “cənublular”ı əliboş yola saldı

Bu gün Azərbaycan Premyer Liqasında 9-cu tura yekun vurulub.

Axar.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma keçirilib.

Turun mərkəzi qarşılaşmasında "Neftçi" və "İnter" komandaları üz-üzə gəlib. 8-ci km qəsəbə stadionunda keçirilən oyun qolsuz bərabərliklə bitib.

Günün növbəti qarşılaşması isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. "Xəzər Lənkəran"ı qəbul edən Ağdamın "Qarabağ" klubu gərgin keçən matçda 3:2 hesabı ilə qalib gəlib.

Beləliklə, son turdan sonra turnir cədvəlində bir oyun az keçirən və 8 oyundan 17 xal toplayan "Qarabağ" ilk pillədədir. 16 xalla "İnter" ikinci, 14 xalla "Qəbələ" klubu isə üçüncü yerdədir.

Tarix
2014.10.26 / 19:56
Müəllif
Şəmsəddin Ənsar
Digər xəbərlər

13 nəfər Suriyadan Azərbaycana gətirildi

Dronla vurulan gəmidəki Coşqunun ailəsi danışdı - Video

Strateji tərəfdaşlıq: London və Bakı yeni mərhələyə keçir

Azərbaycan əsgərini təhvil versək... - Paşinyan

Allahşükür Paşazadə Yerlan Karinlə görüşdü

Rusiyadan AZAL qəzası ilə bağlı yeni açıqlama...

Azərbaycan və Böyük Britaniya arasında 4 sənəd imzalandı

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Azərbaycanı onlardan minlərlə kilometr məsafə ayırsa da...

Prezident onlara müraciət ünvanladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla