İspaniya Peşəkar Futbol Liqası 2013-2014-cü il
mövsümünün ən yaxşılarını seçib.
Axar.az xəbər verir ki, "Real Madrid"in portuqaliyalı ulduzu
Kriştiano Ronaldo 3 mükafata sahib olub.
Madriddə təşkil olunan mərasimdə 3 mükafatı birdən alan Ronaldo
daha bir rekorda imza atıb. Belə ki, ilin "Ən yaxşı oyunçusu", ilin
"Ən yaxşı qolu" və ilin "Ən yaxşı hücumçusu" nominasiyaları üzrə
bütün rəqiblərini geridə qoyub.
Sevincini jurnalsitlərlə bölən məşhur futbolçu qərardan razı
qaldığını bildirib:
"Ən yaxşı qol vurduğuma görə şadam. Komanda yoldaşlarıma
təşəkkür edirəm. Bu qürurvericidir. Ən yaxşı hücumçu seçilməyim isə
haqlı qərar idi. Artıq nə deyəcəyimi bilmirəm. Bu son mükafat
deyilmi? Çox yaxşı. Mükafata het-trik etdim. Çox gözəl bir gecə
oldu".
Mərasimdə başqa nominasiyalar üzrə də mükafatlar təqdim olunub.
"Ən yaxşı qapıçı" mükafatını keçən mövsüm "Levante"nin formasını
geyən və "Real Madrid"ə transfer olunan Keylor Navas, "Ən yaxşı
müdafiəçi" nomimasiyası üzrə "Atletiko Madrid"in formasını geyən və
hazırda İngiltərənin "Çelsi" klubunda top qovan Filipe Luis və
Sergio Ramos ("Real Madrid") qazanıb.
"Ən yaxşı yarımmüdafiəçi" nominasiyası üzrə Luka Modriç ("Real
Madrid"), "Ən yaxşı hücumameylli yarımmüdafiəçi" nominasiyası üzrə
Andres İniesta ("Barselona") mükafata layiq görülüb.