Yuxarı

Arif Əsədov Türkiyəyə yollanır: Rəhbərlik istəyir

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Arif Əsədov Türkiyəyə yollanır: Rəhbərlik istəyir

Türkiyə Super Liqasında çıxış edən "Ankaragücü" baş məşqçisi İsmail Kartalla yollarını ayırıb.

Fanat.az xəbər verir ki, paytaxt təmsilçisi "Sivasspor"la oyundan sonra çalışdırıcını istefaya göndərib.

"Ankaragücü" klubunun rəhbərliyi baş məşqçi postuna Arif Əsədovu təyin etmək istəyir. İddia olunur ki, hətta yayda da azərbaycanlı məşqçinin Ankara klubunu çalışdırma imkanı olub. Lakin həmin vaxt rəhbərlik Türkiyə futboluna daha yaxşı bələd olan İsmail Kartala üstünlük verib.

İndi isə rəhbərlik Arif Əsədovu istəyir. Danışıqların bir neçə gün ərzində yekunlaşması gözlənilir.

Qeyd edək ki, Arif Əsədov son olaraq "Sabah"ı çalışdırıb (2017/18 mövsümü). 2010-2011 və 2014-2015-ci illərdə "Neftçi"yə başçılıq edən 48 yaşlü mütəxəssis 2010/11 mövsümündə komandanı Premyer Liqanın qalibi edib.

"Ankaragücü" cari mövsümün 16 turunda 20 xal toplayıb və "Bursaspor"la 10-11-ci pillələri bölüşür.

Tarix
2018.12.16 / 17:01
Müəllif
Axar.az
Digər xəbərlər

Tehranda Azərbaycanın Zəfər Günü qeyd olundu - Foto

Türkiyə XİN-dən Azərbaycanla bağlı paylaşım - Foto

Ərdoğanın Şuşada bəyanatı: Onlara xəbərdarlıq edildi!

Rusiya mediası Əliyevin bu çıxışından yazır

Bu, dosta və düşmənə mesaj oldu - Binəli Yıldırım

Bayrağımız canımızdır, ürəyimizdir - İlham Əliyev

8 Noyabr onun günüdür...

Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdı

Ərdoğandan Zəfər Günü ilə bağlı növbəti paylaşım - Video

Əliyevin adından Ərdoğanın şərəfinə rəsmi ziyafət verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla