Yuxarı

Naxçıvandan bəyanat: “Bizə qarşı bəzi haqsızlıqlar...”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Araz Naxçıvan" klubu fəaliyyətini rəsmən dayandırmasının əsas səbəblərini açıqlayıb.

Axar.az xəbər verir ki, klubun rəsmi saytının bu gün yaydığı açıqlamada bu sözlər yer alıb:

"Araz-Naxçıvan" ötən gün fəaliyyətini dayandırması ilə bağlı açıqlama verib və PFL-ə də rəsmi məktub göndərib. Bu məlumatla bağlı yerli mətbuatda bir sıra xəbərlər öz əksini tapdı. Bəzi mətbu orqanlar əsassız xəbərlər yayaraq, klubun dağıldığını müəyyən səbəblərlə bağladılar. Lakin bu xəbərlərin çoxu həqiqəti əks etdirmir.

"Araz-Naxçıvan"ın çempionatı tərk etməsinin əsl səbəbi öncədən məlum idi. Çünki klub yaradılarkən öz strategiyasına uyğun olaraq fəaliyyət dairəsi seçmişdi. İlk olaraq yerli futbolçularla güclənməyi qarşısına məqsəd qoyan komandanın əsil məqsədi Azərbaycan futboluna xidmət etmək və yerli oyunçuların gücündən istifadə etmək idi. Lakin zaman keçdikcə klubumuza qarşı bəzi haqsızlıqlar muxtar respublika təmsilçisinin fəaliyyətinin dayandırmasına səbəb oldu".

Bəyanatda deyilir: "Xatırlayırsınızsa, hələ çempionatın 2-ci turunda komandamız hakim haqsızlıqları ilə üzləşmiş və bu barədə futbol qurumuna müraciət olunmuşdu.

Sonradan məsələ öz həllini tapsa da, klubumuz müəyyən şərtlərlə çempionatda oyunlarına davam etdi. Ancaq gələn turlarda məlum hadisələrdən sonra klub rəhbərliyinin səbir kasası daşdı və klubun fəaliyyətinin dayandırılmasına göstəriş verildi.

Biz "Araz-Naxçıvan" PFK olaraq, çempionatı təşkil edən PFL-ə, həmçinin futbolun inkişafı üçün çalışan AFFA rəhbərliyinə təşəkkürümüzü bildiririk və çempionatın növbəti turlarında digər klublara uğurlar arzulayırıq. Yarandığı gündən etibarən komandanın daim yanında olan sadiq azarkeşlərimizə minnətdarlığımızı bildiririk".

Tarix
2014.11.04 / 14:52
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

İkinci Qarabağ savaşından dərhal sonra deyirdim ki...

Bununla da Ermənistandan böyük həcmdə silahlar daşındı

Ərdoğanın tələbi həm də İrəvanın marağıdır - Koçinyan

Ermənistanla pərdəarxası, görmədikləriniz... - Əliyev

Siyartonun Azərbaycana rəsmi səfəri başladı

Əliyev ilk dəfə açıqladı: 10 noyabrda İrəvan israr etdi, dedim ki…

Xəbərdar edirəm: İlk güllə atılsa, qaçacaqlar - Prezident

Yadımdadır, bir dəfə Serjikə sual verdilər, dedi ki… - Əliyev

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla