İnsultdan qaçmağın ən asan və sadə yolu
02:00
Ana səhifə İdman |
Noyabrın 6-da Avroliqanın IV turunda qarşılaşacaq "Qarabağ" – "Dnepr" görüşünə bilet satışı davam edir.
Axar.az xəbər verir ki, azarkeşlərin avrokuboklarda yeganə təmsilcimizin matçına marağı yüksək səviyyədədir. Qarşılaşmanı izləmək istəyənlər üçün satışa 30 min bilet çıxarılıb.
Əldə etdiyimiz məlumata görə, dünən satışa çıxarılan 30 min biletdən artıq 16 minə yaxını satılıb. Oyun gününədək bütün biletlərin satılacağı gözlənilir.
Qeyd edək ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Görüşü Pavel Gilin rəhbərlik etdiyi polşalı hakimlər briqadası idarə edəcək.
Tarix
2014.11.04 / 17:38
|
Müəllif
İlham Sahiloğlu
|