Yuxarı

Millimiz İsveçlə qarşılaşdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Voleybol üzrə kişilərdən ibarət Azərbaycan yığması yanvarın 9-da Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sonuncu oyununu keçirib.

Axar.az xəbər verir ki, seçmə mərhələnin “G” qrupunda qərarlaşan millimiz səfərdə İsveç yığmasının qonağı olub.

İtaliyalı baş hakim Roberto Barisin idarə etdiyi oyun İsveç millisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

“G” qrupunda 17 xalla birinci pillədə qərarlaşan Yunanıstan yığması turnirin final mərhələsinə adlayıb.

Kişilər arasında voleybol üzrə 31-ci Avropa çempionatının ötən ilin avqustunda start verilən seçmə mərhələsi yanvarın 9-da başa çatıb. Təsnifat yarışlarında iştirak edən 26 komanda yeddi qrupda mübarizə aparıb. Seçmə mərhələnin yekununda 12 komanda - 7 qrupun hər birinin qalibləri və qrup ikinciləri arasında ən yaxşı göstəricilərə sahib olan beş komanda “Avro 2019”un final mərhələsinə vəsiqə qazanacaq.

Final mərhələsinin təşkilatçıları olan 4 komanda – Fransa, Sloveniya, Belçika və Niderland yığmaları, habelə əvvəlki Avropa çempionatının yekunlarına əsasən ən yaxşı nəticə göstərmiş Rusiya, Almaniya, Serbiya, İtaliya, Bolqarıstan, Çexiya, Polşa və Türkiyə milliləri seçmə mərhələdə iştirak etməkdən azad olunub.

Tarix
2019.01.09 / 21:52
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla