Yuxarı

Bu ölkədə idmançıya heykəl ucaldılır

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İngiltərənin laun-tennis (“böyük” tennis) və kroket klubu (AELTC) Uimbldonda britaniyalı tennisçi Endi Marreyin heykəlini qoyacaq.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, 31 yaşlı Marrey bildirib ki, 2019-cu ildə öz idman karyerasını tamamlamağı nəzərdə tutur. İdmançı vurğulayıb ki, iyul ayında Uimbldonda oynamaq istəyərdi, lakin omba nahiyəsində yaranmış problemlərlə əlaqədar, ola bilsin, karyerasını daha tez başa çatdıracaq. AZƏRTAC TASS agentliyinə istinadla bildirir ki, bu halda Avstraliya Açıq Çempionatı Marreyin iştirak edəcəyi sonuncu turnir olacaq.

Uimbldon turnirinin matçları AELTS kortlarında keçirilir. Klubun icraçı direktoru Riçard Lyuis deyib: “Çoxdan qərara almışıq ki, Marrey karyerasını başa çatdıranda biz onun parlaq çıxışlarına görə ehtiramımızı bildirməliyik. Həmişə düşünürdük ki, ona heykəl qoysaq, yaxşı olar!”

2017-ci ilin iyul ayında Marreyin ombası zədələnib. 2018-ci ilin yanvar ayında ona əməliyyat aparılıb. Həmin əməliyyatdan sonra britaniyalı tennisçi yalnız keçən ilin iyun ayında tennis kortuna çıxa bilib, lakin Uimbldon turnirində iştirak etməyib. ABŞ Açıq Çempionatında ikinci raundda mübarizəni dayandıran Marrey sonuncu görüşü isə 2018-ci ilin sentyabr ayında Çinin Şençjen şəhərində keçirib.

Marrey təkbaşına yarışlarda 45 dəfə, o cümlədən böyük dəbilqə turnirlərində 3 dəfə titul qazanıb, ABŞ-ın Açıq Çempionatında (2012) və Uimbldonda (2013, 2016) qalib gəlib. Bu idmançı 5 dəfə (2010, 2011, 2013, 2015, 2016) Avstraliya Açıq Çempionatının finalçısı olub.

Marrey kişilərin təkbətək yarışlarında iki olimpiadanın (2012, 2016) qızıl medalını qazanmış yeganə tennisçidir. 2015-ci ildə Böyük Britaniya yığmasında Devis Kuboku qazanmış tennisçi 41 həftə ərzində dünyanın birinci raketkası statusuna malik olub.

Tarix
2019.01.14 / 18:41
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Rəsmi İrəvan gərəksiz bəhanələr axtarmaq əvəzinə…

Bu, Ermənistanı yeni təxribatlara təşviq edə bilər

ABŞ-ın bu addımları bizi məyus edir - Hacıyev

Bakı və İrəvan sülhə yaxındır, ancaq… - Hacıyev

Akar ABŞ konqresmenləri ilə sülh prosesini müzakirə etdi

İrəvan İranın “qırmızı xəttini” zorlayır, həm də tək yox!

Arkov: Bakı buna çox sərt cavab verəcək

Erməni: Həyətim Azərbaycan ərazisinə düşür - Video

Vaşinqton bu ölkəyə qarşı yeni ittifaq yaradır

Araikin müsahibəsi ilə bağlı AzTV-dən yeni açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla