Yuxarı

ABŞ-ın 26 yaşlı azərbaycanlı çempionu – Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sağlam bədəndə sağlam ruh olar, deyiblər. Ruhən sağlam olan haraya getsə, hansı ölkədə olsa, yenə də nüfuz sahibi, dəyərli insan olacaq…

Elə də yaşı yoxdur, vur-tut 26 yaşı var. Amma bu qısa zaman kəsiyində çox böyük yol keçib, əziyyətə qatlaşıb, çətinliklərə sinə gərib, uğurlara imza atıb. Adıyla bərabər doğma Azərbaycanın da adını zirvələrə ucaldıb, bayrağına bürünüb onu amerikalılara, dünyaya tanıtmağa çalışıb…

İdmançı əzmkarlığı ilə ruhdan düşmədən qələbəyə can atan bu soydaşımız 1992-ci ildə Füzuli rayonunun Əhmədbəyli kəndində dünyaya gəlib. 2009-cu ildə orada orta təhsilini başa vurub. 2010-2012-ci illərdə əsgəri xidmətdə olub. 2012-ci ildə BP-nin Bakıdakı idarələrindən birində əmək fəaliyyətinə başlayıb. 2016-cı ildə ABŞ-a dəvət alanadək orada çalışıb.

Haqqında söhbət açdığım Elgün Xanoğlanlı Nyu York şəhərində yaşayır. “Bruklin MMA” idman klubunun UFC ulduzu olan Diaz qardaşlarının zalında məşq edir.

Elgün gənc olduğundan tərcümeyi-halı elə də uzun deyil. 2001-ci ildən karatenin kyokuşhin növü üzrə idmanla məşğul olub. 2004, 2005-ci illərdə kyokuşhin üzrə Azərbaycan çempionu olub.

2009-cu ildə məşğul olduğu idman növünü dəyişərək qaydasız döyüşə başlayıb. Hərbi xidmətə çağırılanadək Bakıda Şüa idman klubunda məşqlərini davam etdirib, bu idman növü üzrə də müvəffəqiyyət əldə edərək Azərbaycan çempionu olub.

2012-ci ildə ordudan tərxis olunduqdan sonra “Buda döyüş növləri federasiyası”nın dəvəti ilə orada məşqlərə başlayıb. Tezliklə MMA döyüş növü üzrə Moldovada keçirilən Avropa çempionatında 60 kq çəki üzrə yarışın qalibi olub, Avropa çempionu adına layiq görülüb. 2014-cü ildə Ukraynanın Xarkov şəhərində keçirilən dünya çempionatında MMA üzrə Dünya çempionu tituluna yiyələnib. Vətəndə yaşadığı illərdə dünyanın bir sıra ölkələrində - İtaliya, İran, Türkiyə, Estoniya, Belarus, Gürcüstan, Şimali Kiprdə Azərbaycanı ləyaqətlə təmsil edib.

2015-ci ildə Şimali Kiprdə keçirilən yarışda ən yüksək pilləyə qalxaraq, dünya kubokuna sahib çıxıb.

ABŞ-a gələndən sonra isə daha əzmkarlıqla məşqləri davam etdirir. 2018-ci ildə ECF təşkilatının keçirdiyi yarışda qələbə qazanaraq, Amerika çempionu titulunu əldə edib.

Bu şən, gülərüz, həm də sağlam düşüncəsiylə adamı özünə məftun edən gənc soydaşımızla tanışlığımıza çox sevindim. Onunla eyni xalqın oğlu olduğumuzdan qürur hissi keçirdim. Bəli, idmançılar dünyanın ən xoşbəxt insanlarıdır. Təmsil etdikləri ölkənin bayrağını yüksəltməyə daha çox şansları var…

…Deyir ki, çoxları Amerikaya qazanc, rahat həyat dalıyca gəlib. Səhərdən axşamadək işləmək, çox pul qazanmaq istəyirlər. Mənim məqsədim, daha çox məşq etmək, yarışlarda zəfər qazanmaqdır. Ən böyük arzum isə dünyanın ən güclü idmançılarının daxil olduğu UFC təşkilatına ilk azərbaycanlı kimi üzv olmaqdan ibarətdir. Azərbaycan bayrağının zirvələrə yüksəlməsi üçün bütün ömrümü qurban verməyə hazıram.

Tarix
2019.01.16 / 14:55
Müəllif
Elman Eldaroğlu
Şərhlər
Digər xəbərlər

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

Müdafiə naziri tapşırıqlar verdi: Delimitasiya prosesi...

Nazirdən rus sülhməramlılarla bağlı göstəriş

Kəndlər qaytarıldı, general rəhbər heyəti topladı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla