Yuxarı

“Qurban, nəsə elə” və dizə çıxan tum qalağı - Video

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 6-da təkcə "Qarabağ"ın məğlubiyyəti məyusedici olmadı. Eyni zamanda Respublika stadionuna gələn azarkeşlərin də davranışları olduqca təəssüf doğuran hal idi.

Söhbət azərbaycanlı azarkeşlərin hələ də stadionda komandasına dəstək əvəzinə tum çırtlamaq "xəstəliyindən" gedir.

Bu xoşagəlməz hal Axar.az-ın da obyektivinə tuş gəlib. 90 dəqiqə sonra "Qarabağ"lı azarkeşlər stadionu tumla "zənginləşdirmişdi", oturacaqlarda qalaqlanmış çəyirdək qabıqları dizə çıxırdı, klubun tapdanmış bayraqları isə ayaqlar altına atılmışdı.

Stadionda azarkeş "mədəniyyəti"nin başqa bir nümunəsi isə oyunun gedişində komandamız məğlub duruma düşərkən "Qurban, nəsə elə!" deyə qışqıranların olmasıydı. Sanki Qurban Qurbanov onu eşidib, nəsə etməli imiş. Əslində isə 30 min azarkeş hamı bir ağızdan komandanın simvolik himnini oxumalıydı - "Anadır arzulara, hər zaman Qarabağ!".

Ancaq biz bu mahnını stadionda eşitmədik, əvəzində "Qurban, nəsə elə" eşitdik, tum qabıqları, siqaret kötükləri, sellofanlar görə bildik. Axar.az stadiondan görüntüləri təqdim edir:

Tarix
2014.11.07 / 14:00
Müəllif
Şəmsəddin Ənsar
Şərhlər
Digər xəbərlər

Əskipara qəribə durum: evinin yarısı Azərbaycana düşür - Video

Bu video Musəvinin başına dərd açdı: İstefası tələb edildi

Araikin müsahibəsi buna görə yayımlanmadı - Sensasion iddia

Bəs, İranın “qırmızı xətti” idi? Tehran niyə səsini çıxarmır?

İran bu ölkələri Xəzərə buraxmaq istəmir

Bu, Bakıya təhdiddir: hazırlaşmalısınız – Mixaylov

Makronun “revanş” cəhdi Nikolu niyə qorxutdu?..

Nikolun Qarabağ qərarından sonra Putin ona dedi ki… - Lavrov

Bu, Azərbaycanın siyasi cəsarətini nümayiş etdirdi - Video

Fransa universitetində Bakının siyasətindən danışıldı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla