Yuxarı

Hafka yenidən iş başında - "Bakı" seytnotdan çıxa biləcəkmi? – Özəl

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İş adamı, "Hafka" ləqəbli Hafiz Məmmədov komandası üçün qollarını çırmalayıb. H.Məmmədov prezidenti olduğu "Bakı" klubunun maddi sıxıntınlarını aradan qaldırmaq, komandanın Premyer Liqadakı mövqeyini yaxşılaşdırmaq istiqamətində addımlar atmağa başlayıb.

Axar.az-a klubdakı yaxın yetkilidən verilən xəbərə görə, uzun müddətdir Hafkanın Azərbaycanda işləri yaxşı getmirdi. Onun biznes rəqabətində müəyyən qüvvələr tərəfindən sıxışdırılması, hər nə qədər etiraf etməsə də, fəaliyyətinə ciddi təsir göstərərək "Bakı"nın da çıxışına, maddi çətinliklərin meydana gəlməsinə səbəb olub.

Gələn son məlumatlar ondan xəbər verir ki, Hafka münasibətlərdə yaranmış müəyyən anlaşmazlıqlarını yoluna qoyub və klubun irəliləməsi üçün inqilabi sıçrayışa gətirib çıxaracaq addımlar atmağı planlaşdırır.

Mətbuatda yayılan məlumatlarda da futbolçulara əmək haqlarının hissə-hissə ödənilməyə başlandığı yer alıb. O da bildirilir ki, "Bakı"ya olan 7 milyon borc ödəniləcək, "Lans"a ödənəcək 2.5 milyon avro da hesaba köçürüləcək.

Hazırda milli çempionatda axırdan 3-cü olan "Bakı" klubunun liqanın yekununda ilk beşliyə salınması qarşıda hədəf kimi qoyulub. Hafkanın komandasını seytnot vəziyyətindən çıxara biləcəyini söyləmək isə zamanın işidir.

Tarix
2014.11.09 / 21:13
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

Paşinyanın 4 kəndi geri qaytarmasının əsl səbəbi…

Rubenin pulu Dinanın gözünü tutdu: Generallara sanksiya...

Bayramov Çexiyada İrəvanla münasibətlərdən danışdı

İlham Əliyev forumda iştirak etdi - Video

Bu halda qapıları onların üzünə bağlı saxlamalıyıq

Cənubi Qafqazda ayırıcı xətlər çəkmək üçün bəzi cəhdlər...

Sığorta ödənişinin verilməsi qaydası dəyişdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla