Yuxarı

Şok: “Barselona” Fransa liqasına keçir?

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniyanın Kataloniya bölgəsinin sakinlərinin müstəqilliyin lehinə səs verməsi "Barselona" klubunun rəhbərliyini təlaşa salıb.

Axar.az xəbər verir ki, klub rəhbərliyi Kataloniyanın İspaniyadan ayrılmasından sonra komandanın gələcəyinin necə olacağı ilə bağlı təlaşa düşüb.

İspanlar Kataloniyanın müstəqilliyinin elan edilməsindən sonra "Barselona"nı öz aralarında görmək istəmirlər. Katalonlar isə "Barselona"nın öz fəaliyyətini İspaniya liqasında davam etdirməsini tələb edirlər.

Bazar günü baş tutan seçkidə "Bavariya Münhen"in baş məşqçisi Peq Qvardiola, "Barselona"nın futbolçuları Xavi Hernandez və Pike Kataloniyanın müstəqilliyinin lehinə səs veriblər.

Köşə yazarları 7,5 milyon əhalisi olan Kataloniyanın İspaniya liqasında yalnız iki klubunun olduğunu və milyardlıq büdcəsi olan "Barselona"nın bu sistemdə ayaqda qala bilməyəcəyini deyiblər. Onlar İspaniyanın "Barselona"nı qəbul etməyəcəyi təqdirdə, Kataloniya təmsilcisinin "Monako" kimi Fransa liqasında çıxış edə biləcəyini qeyd ediblər.

Qeyd edək ki, "Barselona"nın İspaniya liqasından ayrılacağı təqdirdə, dünyanın önəmli derbilərindən "El Klassiko" da tarixin arxa səhifələrinə keçəcək.

Tarix
2014.11.11 / 17:44
Müəllif
İlham Sahiloğlu
Şərhlər
Digər xəbərlər

Müharibə iştirakçılarının müavinətləri bu qədər olacaq

İrəvanda təlaş: Azərbaycan bu əraziləri götürəcək

Qordon: İyula qədər elə bir hadisə baş verəcək ki...

İran İsrailə raket atdı, öz şəhərini vurdu

ABŞ-ın Ermənistana hərbi yardımı nəyi dəyişəcək?

Bakı və Belqrad arasında mühüm telefon danışığı

Sabiq nazirin məhkəməsi: Pulu Həbibbəyliyə verirdim!

Qırğızıstan liderinin Bakıya səfər proqramı açıqlandı

Bayramov Özbəkistan prezidenti ilə görüşdü

Əziz Mariya, müttəfiq belə olur - Melkonyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla