Yuxarı

Norveçdən Foqtssuz millimizə mesajlar - Fotolar

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Noyabrın 16-da millimiz Norveçi sınağa çəkəcək.

Axar.az-ın məlumatına görə, İtaliya və Xorvatiya səfərlərindən məğlub qayıdan komandamız Berti Foqts olmadan ilk dəfə seçmə oyuna çıxacaq. Mahmud Qurbanovun rəhbərliyi altında yığmamız bu görüşdə əvvəlki nəticələri unutdurmağa çalışacaq. Görüşdən əvvəl Skandiyanviya ölkəsinin futbolçuları Azərbaycan haqda danışıblar.

"Millinin oyunlarına hazır olmaq üçün əlimdən gələni edirəm. Azərbaycanla görüşdə baş məşqçi mənə şans versə, komandamın uğur qazanmasına kömək etməyə çalışacam".

Bu sözləri Norveçin yarımmüdafiəçisi Mats Möller Dehli ölkəsinin mətbuatına açıqlamasında deyib. 19 yaşlı futbolçusu səfərdə qələbə qazanacaqlarına inandığını bildirib: "İtaliyaya məğlubiyyətdən sonra yaxşı start götürdük. Malta və Bolqarıstanla oyunlarda vacib qələbələr qazandıq. Azərbaycanla matçda da üç xal əldə etsək, əla olar. Dörd oyundan 9 xal qazanmaq yaxşı nəticədir. Bakıda bunu bacaracağımıza inanıram".
**

"Yığmanız haqqında dərin məlumata malik deyiləm. Komandanızın qrupdakı nəticələrindən xəbərdaram. Son görüşdə Xorvatiyaya 0:6 hesabı ilə uduzublar. Bu nəticə mənim üçün gözlənilməz oldu. Çünki yığmanızı tam başqa cür təsəvvür edirdim. Ən azından qrupda III pilləyə iddialı komandalardan olduğunu düşünürdüm". Bu sözləri apasport.az saytına açıqlamasında Norveç millisinin hücumçusu Aleksander Soderlund deyib.


Norveç millisini Azərbaycanla matçın favorit sayan futbolçu Bakıya 3 xal üçün gələcəklərini vurğulayıb: "Düzdü, oyundan öncə nəsə demək həmişə çətindi. Hər halda, favorit Norveç yığmasıdı. Bildiyim qədərilə komandanızın heyətində Avropanın tanınmış klublarında oynayan futbolçular yoxdu. Amma Almaniya və İtaliya kimi çempionatlarda norveçli futbolçular oynayır. Bu səbəbdən Norveç yığmasının Azərbaycanla oyunda favorit sayıram və çox güman, biz Bakıda qalib gələcəyik".

27 yaşlı futbolçu bildirib ki, Bakıda xal itirsələr, bunu faciə saymayacaqlar: "Beynəlxalq miqyasda baş tutan bütün qarşılaşmalar çətindi. Ona görə də Bakıda xal itirsək, bunu faciəyə çevirməyəcəyik. Amma indiki halda, Azərbaycanla görüşdən qalib ayrılacağımızı düşünürəm".

Tarix
2014.11.11 / 21:13
Müəllif
Emin Aslanlı
Şərhlər
Digər xəbərlər

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

Heydər Əliyevə Ağdam məscidindən daş verən… - Video

Bakı-İrəvan danışıqlarında unikal məkan...

Əliyevlə Japarov Ağdamda... - Foto

Bunu Bakının gündəliyindən çıxarmalıyıq - Simonyan

Japarovun Azərbaycana səfəri başa çatdı

Prezidentlər birgə nahar etdilər

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla