Yuxarı

"Qəbələ" və "Qarabağ" qalib gəldi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

19:32

Fevralın 9-da futbol üzrə Azərbaycan Premyer Liqasının XVI turuna start verilib.

Axar.az xəbər verir ki, turun start görüşü “Əlincə Arena” stadionunda baş tutub. “Sabah” komandası “Qəbələ”ni qəbul edib. Səbuhi Bayramovun idarə etdiyi görüş “Qəbələ” klubunun 0:1 hesablı qələbəsi ilə başa çatıb.

Əyalət təmsilçisinin oyunda yeganə qolunu Rauf Əliyev 31-ci dəqiqədə aktivinə yazıb. Matçın 45-ci dəqiqəsində “Sabah”ın əsas qol silahı sayılan Marko Deviç ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb.

Bu qələbədən sonra “Qəbələ” xalların sayını 23-ə çatdıraraq turnir cədvəlində dördüncü yerə yüksəlib, “Sabah” isə 20 xalla beşinci yerə enib.

Qeyd edək ki, ilk dövrədəki matçda Elşad Əhmədovun rəhbərlik etdiyi komanda “Qəbələ”ni məğlub edib - 1:0. Sənan Qurbanovun yetirmələri isə Qəbələdəki oyunda rəqibini 2:1 hesabı ilə üstələyiblər.

Azərbaycan kubokunun dörddəbir final mərhələsində də “Sabah”ı iki oyunun nəticəsinə görə, mübarizədən kənarlaşdırıb - 1:0, 1:0.

“Sabah”ın yeni transferi Təmkin Xəlilzadə sarı vərəqə limitində olduğu üçün sabiq komandasına kömək edə bilməyib. Debütantın digər oyunçusu Məqsəd İsayev də “Zirə” ilə oyunda qırmızı vərəqə aldığı üçün bu matçı buraxıb.

Xatırladaq ki, günün digər oyunu “Kapital Bank Arena”da keçiriləcək “Sumqayıt” komandası çempion “Qarabağ”ı sınağa çəkəcək. Orxan Məmmədovun idarə edəcəyi oyun saat 18:30-da start götürəcək.

Turun digər iki qarşılaşması fevralın 10-da keçiriləcək. Günün ilk oyunu saat 14:00-da “Bakcell Arena”da başlayacaq. Meydan sahibi “Neftçi” “Keşlə” ilə qarşılaşacaq. Matçı İnqilab Məmmədov idarə edəcək.

Turun son sonuncu qarşılaşması isə “Səbail” və “Zirə” komandaları arasında baş tutacaq. Saat 16:30-da başlayacaq qarşılaşmanın idarə olunması Əliyar Ağayevə tapşırılıb. Oyun “Bayıl Arena” stadionunda keçiriləcək.

Tarix
2019.02.09 / 21:42
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Japarov Azərbaycana yola düşdü

İrəvan başqa əraziləri də Bakıya qaytaracaq – Detallar...

Moskva, Bakı, Ankara və Tehran dərhal bunu etməlidir

Sərhəd boyu proses gedəcək: mübahisəli ərazilərə çatanda…

İrəvan 4 kənd sazişini niyə uğuru sayır? – Mühüm detal

Bakıya “sanksiya siyahısı”na sevinən azərbaycanlılar…

Bu, sülhə doğru görünən addımdır - Almaniya

Nikolun partiyasından Zəngəzur dəhlizi açıqlaması…

Bakı və İrəvan arasında sülh müqaviləsi... - Rusiya XİN

Zelenski Bakıya dəvət edildi: Putin də gələcək?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla