Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Fevral 2019


Qurban Qurbanov qələbədən danışdı: Hər şey xoş idi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbolçularımızı təkcə qələbəyə yox, xarakterə görə təbrik edirəm. Çətin səfər oyunu idi. Burada futbol adına həm meydan, həm də azarkeşlər baxımından hər şey xoş idi.

Report-un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səfərdə "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Topaz Premyer Liqasının XVI tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra 47 yaşlı mütəxəssis jurnalistlərin suallarını cavablandırıb.

"Sumqayıt"ın ikinci hissədəki oyunu sizi təəccübləndirmədi?

- İki hücumçu gözləyirdik. Amma bir hücumçu ilə oynadılar.

- Fasilədən sonra komandanızın arxayınlaşdığını düşünmürsünüz?

- Deməzdim ki, arxayınlaşdıq. Sadəcə, ikinci qoldan sonra bu, ola bilsin, hiss olundu. İkinci hissədə rəqibin heyətində 2 dəyişiklikdən sonra rəqib fəallaşdı. Komandam qələbə qazanmaq üçün çox əziyyət çəkdi.

- Şahrudin Məhəmmədəliyevin oynamaması nə ilə əlaqədar idi?

- Qətiyyən "Neftçi" ilə oyuna görə deyildi. Sadəcə, dünən məşqdə diz nahiyəsindən zədə almışdı.

- Mahir Mədətov nə zaman oynaya biləcək?

- Bu gün fərdi məşq edirdi. Bir neçə günə komandaya qoşula biləcək.

- İlk qolda mübahisəli durum yarandı. Həmin epizodu necə qarşıladınız?

- Mübahisəli bir şey yox idi. Özüm də qolun olduğunu gördüm və soyuqqanlı qarşıladım. Baş hakim də görmüşdü. Ola bilsin, yan xətt hakimi başqa fikirdə idi. Futbolçular bu zaman ona VAR sistemi göstərdilər (gülür).

- Növbəti tur "Qəbələ"yə qarşı oynayacaqsınız...

- Çətin rəqibə qarşı oynayacağıq. Mövsümün ikinci yarısına daha ciddi hazırlaşdıqları görünür. Futbolçulara iki gün istirahət verdikdən sonra oyuna ciddi hazırlaşacağıq. Hər bir rəqib bir-birini yaxşı tanıyır. Asan oyun keçməyəcək.

- Reynaldonun durumu sizi qane edir?

- Hələ ki, yox. Son 3 məşqdə iştirak edib. Hər şey yaxşılığa doğru gedir. Tədricən daha yaxşı performansda olacağını düşünürəm.

Tarix
2019.02.09 / 23:07
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Klubumuzdan möhtəşəm qələbə

Millimiz Rusiya və İranla qarşılaşacaq

İlham Əliyevin əməkdar məşqçi ilə - Dialoqu

İstanbulda Türkiyə-Rusiya qarşılaşması: Türklər sevindi

Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu

1xBet Afrika konfederasiyasının turnirlərinə rəsmi sponsor oldu

Millimizin heç vaxt yayımlanmayan – Videosu

Milli komandamızın baş məşqçisi bəlli oldu - Rəsmi

Şok hesab: "Qalatasaray"ın rəqibi 10 qol vurdu

Qadın cüdoçumuz ölkəyə gümüş medal gətirdi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla