Yuxarı

Dünyanın ən çox qazanan idmançısının lüks həyatı - Foto

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

İldə 285 milyon dollar qazanaraq Kristiano Ronaldo və Lionel Messini kölgədə qoyan dünyanın ən çox qazanan idmançısı adına sahib olan amerikalı boksçu Floyd Meyvezer son günlərdə verdiyi açıqlaması ilə diqqət çəkib.

Qaynarinfo.az xəbər verir ki, 2018-ci ildə sərvəti 1 milyard dollara yaxın olan döyüşçü UFC ilə ancaq 1 milyard dollara müqavilə bağlaya biləcəyini deyib.

"Həyatda hər şeyə sahibəm", - deyən idmançı lüks həyat tərzi ilə də diqqət mərkəzindədir.

O, ötən günlərdə verdiyi açıqlamasında 100-dən çox avtomobilinin olduğunu və 3 yeni avtomobil də aldığını demişdi. Onun kolleksiyasında 1,7 milyon dollarlıq "Buqatti Veyron" və 4,8 milyon dollarlıq "Koenigsegg CCXR Trevita" da var. Meyvezer avtomobil kolleksiyasının ümumi dəyərinin 20 milyon dollara yaxın olduğunu bildirib.

O, bir neçə mülk alsa da, Las Veqasdakı 10 milyon dollarlıq villasında yaşayır. Malikanənin ümumi sahəsi 22 min kv. metrdir.

Ayaqqabılara da xüsusi marağı olan döyüşçü aldığı normal ayaqqabısını sadəcə bir dəfə geyinir. O, açıqlamasında alt paltarlarına ildə 6500 dollar xərcləriyini söyləyib. Zinət əşyalarını sevən boksçu evində təxminən 7 milyon dollarlıq boyunbağı olduğunu deyib.

Xüsusi təyyarəsi olsa da, cangüdənlərini ayrı təyyarəyə mindirir. Buna səbəb isə təyyarədə ağırlıq yaradacaqlarından qorxmasıdır.

Bu sərvətə sahib olmaq üçün çox çalışdığını bildirən Meyvezer məşq üçün hər gün saat 3-də yuxudan oyandığını deyib.

UFC ilə imzalanacaq saziş onun istədiyi şəkildə gerçəkləşərsə, Meyvezer hələ uzun müddət dünyanın ən çox qazanan idmançılarının siyahısında birinci sırada olacaq.

Tarix
2019.02.10 / 14:12
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Prezidentin demədikləri...

Quterreşdən Bakı və İrəvana: sərhədin qalan hissələri...

Blinkendən kəndlərimizin qaytarılmasına reaksiya

Razılaşmada mühüm detal: Bakının strateji həmləsi...

İran 365 raket-dron atdı: niyə heç bir zərər olmadı?

İlham Əliyev daha bir tarix yazdı – Türk general

Əliyev qan tökülmədən daha bir qələbə qazandı - Markov

Bakıya qarşı provokativ suala İran səfirinin cavabı

İrəvan 4 kəndi qaytardı – İran özünə “təskinlik” verdi

Klaardan Bakı-İrəvan razılaşması ilə bağlı açıqlama...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla