Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
16 Fevral 2019


Luçesku gedir, Günəş gəlir: Türkiyə millisi üçün sürpriz

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Futbol Federasiyası (TFF) bu ölkənin yığma komandasında baş məşqçi dəyişikliyinə hazırlaşır.

Komanda.az xəbər verir ki, TFF 15 illik fasilədən sonra Şenol Günəşi "ay-ulduzlular"ın "sükanı arxasına" gətirmək fikrinə düşüb.

Hazırda "Beşiktaş"ı çalışdıran, lakin İstanbul klubu ilə müqaviləsinin müddəti yayda bitəcək 66 yaşlı mütəxəssis, iyuna qədər həm bu komandanı, həm də millini çalışdıracaq. Tərəflər belə bir razılıq əldə edə bilməsə, Günəşin qısa zaman içində "Beşiktaş"dan ayrılması və və sadəcə, yığma komandanı çalışdırması gözlənilir. "Qara qartallar"ı isə mövsümün sonuna qədər Quti çalışdıracaq.

Günəşin Türkiyə yığmasındakı ikinci baş məşqçilik dönəmində ilk sınağı AÇ-2020-nin seçmə mərhələsi çərçivəsində Albaniya ilə səfər oyunu (22 mart) olacaq. Bundan 3 gün sonra isə doğma meydanda Moldova ilə qarşılaşma baş tutacaq.

Türkiyə yığmasını hazırda Mirça Luçesku çalışdırır. Rumın mütəxəssislə müqavilənin müddəti yayda başa çatacaq. Amma 73 yaşlı məşqçinin tezliklə istefaya göndərilməsi nəzərdə tutulub. Onun rəhbərliyi altında 17 matça çıxan Türkiyə yığması cəmi 4 qələbə qazandığı halda, 6 heç-heçəyə razılaşıb, 7 dəfə məğlubiyyətlə üzləşib.

Ş.Günəş daha öncə 2000-2004-cü illər aralığında Türkiyə yığmasını çalışdırıb. Onun rəhbərliyi altında "ay-ulduzlular" DÇ-2002-nin bürünc medallarını qazanıb.

Tarix
2019.02.10 / 14:47
Müəllif
Axar.az
Şərhlər
Загрузка...
Digər xəbərlər

Klubumuzdan möhtəşəm qələbə

Millimiz Rusiya və İranla qarşılaşacaq

İlham Əliyevin əməkdar məşqçi ilə - Dialoqu

İstanbulda Türkiyə-Rusiya qarşılaşması: Türklər sevindi

Şahmat üzrə Azərbaycan çempionu bəlli oldu

1xBet Afrika konfederasiyasının turnirlərinə rəsmi sponsor oldu

Millimizin heç vaxt yayımlanmayan – Videosu

Milli komandamızın baş məşqçisi bəlli oldu - Rəsmi

Şok hesab: "Qalatasaray"ın rəqibi 10 qol vurdu

Qadın cüdoçumuz ölkəyə gümüş medal gətirdi

KULT
<>
Xəbər xətti
 
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla