Yuxarı

“Neftçi” qalib gəldi, "Zirə"nin matçında 2 qol, 1 qırmızı...

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

16:55

Fevralın 10-da Azərbaycan Premyer Liqasının XVI turunun növbəti oyunu keçirilib.

Axar.az xəbər verir ki, turnir cədvəlinin lideri “Neftçi” doğma azarkeşlər önündə autsayder “Keşlə”ni qəbul edib. Birinci hissədə “Neftçi” hesabı açıb. Emin Mahmudov dəqiq baş zərbəsi komandasını irəli çıxarıb – 1:0. İlk hissə “Neftçi”nin minimal hesablı üstünlüyü ilə başa çatıb.

Matçın 68-ci dəqiqəsində “Neftçi” ikinci qolu rəqibin qapısından keçirib. Emin Mahmudov penalti zərbəsi ilə özünün və komandasının 2-ci qolunu vurub – 2:0. Bu qələbə sayəsində “Neftçi” cari mövsümdə 11-ci qələbəsini qazanıb. “Ağ qaralar” xalların sayını 37-ə çatdıraraq turnir cədvəlində əsas izləyicisi “Qarabağ”la 3 xallıq fərqi qoruyub saxlayıb. “Keşlə” isə 12 xalla 7-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, günün digər matçında "Səbail" "Zirə"ni qəbul edəcək.

***

"Zirə" C.Rodriqez və S.Tonkaranın qolları ilə "Səbail"i 2-0 məğlub edib.

"Səbail"in heyətində Elvin Yunuszadə 81-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılıb.

Tarix
2019.02.10 / 18:46
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu təklif Bakıdan gəlib, İrəvan da qəbul edib - Prezident

Rusiya-Ukrayna savaşı necə başa çatacaq? - Əliyev

Ermənistanda çoxlu dağ var, başqasını seçsinlər

Rusiya bu regionu tərk etməyəcək, çünki... - Əliyev

Sonda nə olacaq? Ermənistan uduzacaq - Əliyev

Prezident açıqladı: İrəvanla görüş Astanada ola bilər

Bakıda ölkə pavilyonlarının təşkili üzrə qəbula başlanıldı

XİN: Bu sahədə BMT ilə əməkdaşlığa böyük önəm veririk

Dövlət müəssisələrində silinən vəsaitlərin ilkin dəyəri

İlham Əliyev forumda iştirak etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla