Yuxarı

Kapitan "Neftçi"nin çatışmayan cəhətini açıqladı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Neftçi"nin kapitanı Emin Mahmudov evdə "Keşlə"yə 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XVI tur matçından sonra brifinq keçirib.

Report xəbər verir ki, "dubl" müəllifi olan 27 yaşlı futbolçu jurnalistlərin suallarını cavablandırıb:

- Kənardan belə göründü ki, asanlıqla qalib gəldiniz. Bu fikirlə razısınız?

- Elə də asan deyildi. Sadəcə, daha tez qollar vura bilərdik. Erkən qol istəyimiz alınmadı, daha sonra rəqibin də qol şansı oldu. "Keşlə" fərqlənə bilsəydi, oyun başqa cür də keçə bilərdi. Bu baxımdan çətinlik çəkdik.

- Penalti qərarına "Keşlə"nin oyunçuları çox etiraz etdi. Həmin anı necə şərh edirsiniz?

- Açığı, həmin epizodu görmədim. Top uğrunda mübarizə gedirdi. Qarşımda oyunçu olduğu üçün görmədim.

- Hakim penaltini təkrarlatdı, ikinci zərbəni də eyni yerə vurdunuz. Fikirləşmədiniz ki, Kamran Ağayev birdən ora tullanar?

- Düşünmədim. Necə bilirəmsə, o cür də vururam. Özümə inamım var idi, yenidən o küncə vurdum.

- Çempionluq uğrunda qızğın mübarizə gedir. Dünən "Qarabağ", bu gün isə "Neftçi" qalib gəldi. Sona qədər bu mübarizəni davam etdirə biləcəksinizmi?

- Bunu ancaq mövsümün gedişi göstərəcək. Bizim işimiz hər oyuna ciddi hazırlaşmaq və qələbələr qazanmaqdır. Bizə də, "Qarabağ"a da çətin olacaq. Gördüyünüz kimi, "Qarabağ" dünən elə də asan qalib gəlmədi. Bizdə də bu gün eyni vəziyyət oldu. Çalışacağıq ki, axıra qədər mübarizə aparaq.

- "Qarabağ"la oyundakı bərabərlik sizə psixoloji baxımdan güc verdimi?

- Ondan əvvəl də özümüzə inanırdıq, onlara qarşı necə oynayacağımızı bilirdik. İnanmasaydıq, bura qədər gəlməzdik. Bundan da yaxşı oynamağa çalışacağıq. Çünki bizdə sabitlik çatmır. "Qarabağ" isə hər il avrokubokda sabit çıxış edir. Bizə də bu stabillik lazımdır.

- Deyilənə görə, həmin oyundakı heç-heçəyə görə, 1000 manat mükafat verilmişdi. Bu, doğru informasiyadır?

- Bunu rəhbərlikdən soruşun (gülür).

- Növbəti turda "Zirə" səfərinə yollanacaqsınız. Bu komanda isə hazırda elə də yaxşı durumda deyil. Növbəti 3 xalı aktivinizə yazdıracağınızı demək olar?

- "Zirə" burada bizimlə 2:2 hesablı heç-heçə edib. 2:1 hesabı ilə qalib gəldiyimiz qarşılaşmada da bizə çətin anlar yaşatmışdılar. 2:2 bitən görüşdə də sonuncu yerdə gedirdilər. Bu dəfə səfərdə oynamağımız bizə daha çox çətinlik yaradacaq.

- "Neftçi"yə sizi Tərlan Əhmədov gətirmişdi və bu gün o, "Keşlə"nin baş məşqçisidir. Bu nəticəyə görə, onun adına üzülmədiniz?

- Onunla görüşdüm. Yaxşı münasibətimiz var, həmişə salamlaşıram. Məni bura gətirdiyi üçün Tərlan müəllimə "çox sağ ol" deyirəm. Gətirdi, oynatdı, özümə gəldim.

- Yeni transferləriniz çox təriflənir. İndiki "Neftçi" qışaqədərki komandadan daha güclüdür?

- Bunu oyunlar göstərir. Hər futbolçu eyni çempionatda özünü göstərə bilməz. Deməzdim ki, Kvame Karikari zəif oyunçu idi. Bəlkə burada alınmadı, başqa ölkədə yaxşı oynayacaq. İnanırıq ki, yeni transferlərimiz bizə xeyir verəcəklər. Onlardan çox şey gözləyirik.

- Çempion olmaq üçün yetərli gücdəsiniz, yoxsa daha da "artırmalısınız"?

- Buna hazır olub-olmadığımızı oyunlar göstərəcək. Qarşıda hələ çox matç var.

- Həm sizdə, həm də "Qarabağ"da yeni transferlərin rolu çempionluq uğrunda mübarizədə həlledici ola bilərmi?

- Əlbəttə. Yeni transferlərimiz çox kömək etsələr, bizə daha rahat olar. Onlar da komandaya ona görə gətiriliblər ki, komanda daha güclü olsun.

Tarix
2019.02.10 / 18:59
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Kəndlərin qaytarılmasını alqışlayırıq - Mişel

Bağanis Ayrım kəndi minalardan təmizlənir

Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto

Bakı və İrəvan arasında razılaşma... – Almaniya XİN

Rəsmi Ankaradan kəndlərimizin qaytarılmasına - Reaksiya

Ceyhun Bayramov İran səfiri ilə görüşdü

Yelena Kondratyuk Azərbaycana gəlir

Başkənd məsələsini həll etməyə çalışacağıq - Paşinyan

Paşinyan sevinir: Azərbaycan bunu təsdiqlədi

Ruslar gedir: çünki artıq cəbhə xəttimiz yox, sərhədimiz var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla