Yuxarı

Bakı bu müqaviləni niyə uzatdı? – Yeni qazanc…

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Həm Formula-1, həm də Azərbaycan bu yarışın ölkədə qalmasını istəyir.

Axar.az xəbər verir ki, bu sözləri 2019-cu il 26-28 apreldə Bakıda keçiriləcək növbəti Formula-1 Azərbaycan Qran Prisinə hazırlıqla bağlı Bakı Şəhər Halqasının Marketinq və Kommunikasıya şöbəsinin müdiri Nigar Arpadarainin Trend-ə müsahibəsində deyib.

O bildirib ki, müqavilənin daha 3 il uzadılması hər iki tərəfin bu yarışı keçirməkdə maraqlı olduğunu göstərir.

N.Arpadarai əlavə edib ki, Formula-1 yarışının Azərbaycanda keçirilməsinin daha 3 il müddətinə uzadılması bilet satışını yüksəldib:

“Müddət uzadıldıqdan sonra bilet satışının tempində ikiqat artım qeydə alındı. Azərbaycan Qran Prisinə Formula-1 azarkeşləri tərəfindən çox böyük həvəs, maraq var. Ötən il aprelin sonuna qədər 75 ölkədən biletlər alınmışdı. Düşünürük ki, bu il də təxminən o qədər olacaq. İndiki mərhələdə endirim kampaniyası olmasa da, satış çox uğurla gedir. Artıq 47 ölkədən biletlər alınıb”.

N.Arpadarai bildirib ki, Formula-1 yarışından yeni gəlir mənbələri tapdıqları üçün yarışın müddətinin uzadılması sərf edir:

“Formula-1-in Azərbaycanda keçirilməsi ilə bağlı ilk müqavilə beş illik idi, yəni yarışlar beş il, 2020-ci ilə qədər mütləq şəkildə Azərbaycanda keçirilməli idi. Ondan sonra artıq hər iki tərəf müqavilənin şərtlərinə yenidən baxa, dəyişikliklər edə, müddəti uzada və ya xitam verə bilərdi.

Biz ilk dəfə müqavilə imzalayanda Formula-1-ə Berni Ekklstounun komandası rəhbərlik edirdi. İndi isə Formula-1-in rəhbərliyi dəyişib, artıq idarəçilik "Liberty Media" şirkətinə məxsusdur. Yeni rəhbərlik siyasəti dəyişib, daha çox azarkeş cəlb etmək üçün başqa bir strategiya seçib.

Biz də artıq neçə ildir Qran Pri keçirdiyimiz üçün bilirdik ki, müqavilənin hansı məqamlarına toxunmaq, onları yeniləmək istəyirik. Bu baxımdan biz də "Liberty Media" ilə birgə çalışaraq, müqavilənin bütün şərtlərini yenidən nəzərdən keçirərək danışıqlara yekun vurduq və müqaviləni növbəti 3 il müddətinə uzatdıq.

Yeni müqavilə bizim üçün daha sərfəlidir, çünki köhnə müqavilədə elə hüquqlar var idi ki, artıq o hüquqlar Azərbaycana aiddir. Həmçinin elə məsələlər var idi ki, onlar işlənməmişdi, indi isə biz Formula-1 yarışından yeni gəlir mənbələri tapmışıq. Bu baxımdan nəticələrlə razıyıq”.

Tarix
2019.02.18 / 11:37
Müəllif
Nigar İxtiyarqızı
Şərhlər
Digər xəbərlər

Cənubi Qafqazda “bir dövlət” silinə bilər - Tarasov

Qərb İrəvanda buna imkan verməyəcək – Ekspert

Nikol Tavuşda izah etdi: Bakı 4 kəndi istəyir, biz isə...

Stoltenberqin Bakı səfərinə Rusiyadan baxış

Bakı və İrəvan üçün sülh çox vacibdir - Video

Azərbaycan çox əhəmiyyətli ölkədir - Stoltenberq

Bu gün İlaxır çərşənbə qeyd olunur

Hikmət Hacıyev Çin rəsmiləri ilə görüşdü

Azərbaycan-İraq əlaqələri müzakirə olundu

Əliyev niyə Putinə təbrik zəngi etdi? – “Unudanların” diqqətinə

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla