Yuxarı

Şahmatçımız Moskvada erməniyə qarşı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Moskvada ənənəvi “Aeroflot Open” şahmat turniri start götürüb.

Oxu.Az xəbər verir ki, reytinqi yüksək olan iştirakçıların mübarizə apardığı yarışın A qrupunda ölkəmizi iki şahmatçı təmsil edir.

Bunlar yarışın reytinq favoritlərindən biri hesab olunan Rauf Məmmədov (2703) və qrossmeysterimiz Eltac Səfərlidir (2681). Bu dəqiqələrdə yarışın I turunun oyunları çərçivəsində iştirakçılar arasında reytinqcə altıncı olan Rauf Məmmədov rusiyalı Semyon Lomasovla, reytinqcə onuncu pillədə olan Eltac isə erməni Aram Hakobyanla qarşılaşır.

Qeyd edək ki, yarışın B qrupunda ölkəmiz daha böyük heyətlə təmsil olunur. B qrupunda şahmatçılarımız Vüqar Əsədli (2449), Azərbaycan çempionu Məhəmməd Muradlı (2444), Azərbaycan ikincisi Xanım Balacayeva (2397), Ülviyyə Fətəliyeva (2318), Aydın Süleymanlı (2317) və Read Səmədov (2180) çıxış edirlər.

Qeyd edək ki, doqquz raundlu İsveçrə sistemi ilə keçirilən yarışın qalibi Almaniyanın Dortmund şəhərində keçiriləcək super turnirə vəsiqə qazanır. Yarışın mükafat fondu 120 min avrodur. Blits turniri isə fevralın 28-də keçiriləcək. Həmin yarışın mükafatçıları 20 min avronu öz aralarında bölüşdürəcək.

Tarix
2019.02.19 / 23:32
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Fransa universitetində Bakının siyasətindən danışıldı

Simonyan: Qafarovaya bunu dedim, razılaşdıq… - Yeni görüş

“Dünya masası” qurulur: Bakı orda olacaq, həm də…

Bakıya təriflər yağdıran Anders niyə ermənipərəst oldu?

Qarabağda hansı addımı atdıqsa, qarşımıza... - Ərdoğan

Əli Əsədov qərar imzaladı

Kremldə gərginlik: “Krokus” terrorundan sonra Paşinyan...

Yeni Kaledoniyada Azərbaycan bayrağı qaldırıldı - Video

Bu görüş Cənubi Qafqazda müharibə riskini artırır

Paşinyan terrorla hədələnir - İrəvanda nə baş verir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla