Yuxarı

"Qarabağ"a çempionluq yolunda ağır zərbə

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 23-də futbol üzrə Azərbaycan çempionatının 18-ci turunun növbəti oyunu keçirilib.

Axar.az xəbər verir ki, turun birinci günün ikinci qarşılaşması “Əlincə Arena”da baş tutub. Premyer Liqasının debütantı “Sabah” doğma azarkeşlər önündə son çempion “Qarabağ”ı qonaq edib.

Görüş 1:1 hesablı heç-heçə ilə başa çatıb.

Oyunda hesabı ağdamlılar açıblar. Reynaldo Silva 19-cu dəqiqədə adını tabloya yazdırıb - 0:1. Matçın 72-ci dəqiqəsində “Sabah” oyunda tarazlıq yaradıb. Belə ki, qapıçı ilə bir birini başa düşməyən Bədavi Hüseynov avtoqola imza atıb – 1:1. Matçın 76-ci dəqiqəsində debütant azlıqda qalıb. “Sabah”ın paraqvaylı yarımmüdafiəçisi Erik Ramos ikinci sarı vərəqəsini alaraq meydandan kənarlaşdırılıb.

Qalan dəqiqələrdə hər iki komandaların cəhdlərinə baxmayaraq hesab dəyişməyib.

Bu heç-heçədən sonra “Qarabağ” xallarının sayını 38 çatdıraraq turnir cədvəlindəki ikinciliyini qoruyub. “Sabah” isə 21 xalla beşinci yerdə qərarlaşıb. Növbəti turda “Qarabağ” səfərdə “Keşlə” ilə, “Sabah” isə “Neftçi” ilə qarşılaşacaq.

Qeyd edək ki, komandalar arasında ilk dövrədəki qarşılaşmada “Qarabağ” səfərdə 2:0 hesabı ilə qalib gəldiyi halda, evdə debütantın müqavimətini qıra bilməyib – 1:1.

Xatırladaq ki, fevralın 24-də saat 16:00-da turnir cədvəlinin hazırkı lideri “Neftçi” klubu “Bakcell Arena”da “Səbail” komandasını qəbul edəcək. Matçın idarə olunması Orxan Məmmədova həvalə edilib. Turun sonuncu və mərkəzi qarşılaşması “Kapital Bank Arena” stadionunda oynanılacaq. “Zirə səfərdə “Sumqayıt”ın qonağı olacaq. Saat 18:30-da start götürəcək oyunda baş hakim funksiyasını Əliyar Ağayev yerinə yetirəcək.

Tarix
2019.02.23 / 19:14
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bakı yenidən özünün olanı geri qaytarır - Solonnikov

Türk dövləti saydığımız İran bu yoldan çəkilməlidir

Bayramov çexiyalı həmkarı ilə görüşdü

Əliyev Zelenskini Bakıya dəvət etdi

İran axır ki, dilləndi: alqışlamadı - “hörmət” edir...

Paşinyan dedi ki, mən gedirəm, Əliyev özü gələcək

Əliyev Moskvada bunu vurğuladı - Solonnikov

Sərhəddə koordinatların dəqiqləşdirilməsi prosesi başladı

İrəvan 4 kəndlə bağlı elan etdi: Bu gün başlayır!

Sülhməramlıların çıxarılması davam edir - Yeni video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla