Yuxarı

Messidən möhtəşəm oyun: "Sevilya"nı təkbaşına məğlub etdi

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 23-də İspaniya La Liqasının 25-ci turu çərçivəsində növbəti oyun keçirilib.

Axar.az xəbər verir ki, La Liqanın son çempionu "Barselona" səfərdə "Sevilya"nın qonağı olub. Görüş kataloniyalıların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

“Barselona”nın heyətində Lionel Messi 26, 67 və 85-ci dəqiqələrdə fərqlənərək het-trik edib. Oyunda son nöqtəni isə 90-cı dəqiqədə Luis Suarez qoyub. "Sevilya"nın qollarına isə Xesus Navas (22) və Qabriel Merkado (42) imza atıblar.

Bu qələbədən sonra xallarının sayını 57-yə çatdıran "Barselona" turnir cədvəlində liderliyini qoruyub saxlayıb, "Sevilya" isə 37 xalla 5-ci yerdə qərarlaşıb.

Növbəti turda "Barselona" səfərdə əsas rəqibi "Real Madrid", "Sevilya" isə "Ueska" ilə qarşılaşacaq.

Tarix
2019.02.23 / 22:31
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Qarabağ probleminin həlli bu ölkələri narahat edir

Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki...

Bu, mütrüb-şüvənliyə son qoyulmalıdır – Ordumuz girsin!

Əliyevlə Japarov Ağdamda... - Foto

Prezidentlər Füzulinin dağıdılmış yerlərinə baxdılar - Foto

Etirazlar Tavuşdan kənara çıxdı: yollar bağlanır - Video

Yeganə ölkəyik ki, Rusiya və İranla... - Prezident

Azərbaycandan qaz almağa hazırıq - Simonyan

Ordumuz Qazaxın kəndlərinə nə vaxt girəcək? - Ekspert

Ermənistan sərhədimizə qoşun yığırsa... - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla