Yuxarı

Bakıda sülh qeydə alındı, "Neftçi"dən darmadağın

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda sülh qeydə alındı, "Neftçi"dən darmadağın

19:04

Martın 2-də futbol üzrə Azərbaycan Premyer Liqasının 19-cu turuna start verilib.

Axar.az xəbər verir ki, turun açılış görüşü “Bayıl Arena” stadionunda oynanılıb. “Səbail” doğma azarkeşlər önündə autsayder “Sumqayıt” komandasını qəbul edib. Gərgin idman mübarizəsi şəraitində keçən görüş 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Bu oyundan sonra turnir cədvəlində “Səbail” 31-ci, “Sumqayıt” isə 16-cı xalını qazanıb. Növbəti turda “Sumqayıt” doğma meydanda hazırkı lider “Neftçi”, “Səbail” isə səfərdə “Qəbələ” ilə qarşılaşacaq.

Xatırladaq ki, turun açılış gününün sonuncu görüşü “Bakcell Arena”da oynanılacaq. Debütant “Sabah” “Neftçi” komandasının qonağı olacaq. Matç 18:30-da start götürəcək.

***

"Neftçi" doğma azarkeşlər önündə debütant "Sabah" komandasını qəbul edib. Görüş flaqmanın böyük hesablı qələbəsi ilə başa çatıb - 3:0.

Paytaxt təmsilçisinin heyətində Canluka Samsone (9), Emin Mahmudov (24) və Baqali Dabo (79) fərqləniblər.

Matçın 84-cü dəqiqəsində "Neftçi" klubunun yarımmüdafiəçisi Məhəmməd Mirzəbəyov ikinci sarı vərəqə alaraq meydandan qovulub.

Tarix
2019.03.02 / 22:31
Müəllif
Axar.az
Digər xəbərlər

BDU-nun işdən çıxarılan prorektoru kimdir?

Prezidentin hesablarında Vyetnam səfəri ilə bağlı - Videoçarx

Əli Əsədov Kobaxidzeyə başsağlığı verdi

Bakı dünya güclərini üstələyə bilər – Belyayev

Asiya ölkələri ilə əlaqələrimiz yüksələn xətlə inkişaf edir

İlham Əliyev Çan Tan Man ilə görüşdü - Foto

Vyetnama nə satıb, nələr almışıq?

İlham Əliyev Le Minh Hunq ilə görüşdü

Bu ölkənin Azərbaycanda səfirliyi açılacaq

Ukraynada həbsdə olan Misir Qasımlı azad edilir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla