Axar.az
Yuxarı

Taekvondoçularımız bu ölkədən 8 medalla qayıtdı

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın taekvondo üzrə böyüklərdən ibarət yığma komandası Niderlandın Eyndhoven şəhərində təşkil olunan “Dutch Open” beynəlxalq turnirində uğurlu çıxış edib.

Axar.az xəbər verir ki, yarışda milli komandamızın idmançıları səkkiz medala sahib olublar.

Sayca qırx altıncı olan “G1” kateqoriyalı turnirdə mübarizəyə qoşulan Cavad Ağayev (63 kq) və Fəridə Əzizova (67 kq) bütün rəqiblərinə qalib gələrək yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Taekvondoçularımızdan Qaşım Maqomedov (58 kq) və Radik İsayev (87 kq-dan yuxarı) isə yalnız finalda məğlub olaraq gümüş medal qazanıblar.

Digər təmsilçilərimiz Bəhruz Quluzadə (54 kq), Məhəmməd Məmmədov (68 kq), Ramin Əzizov və Payam Qobadi Oğaz (hər ikisi 87 kq) yarışı yarımfinal mərhələsində başa vuraraq bürünc medalla kifayətləniblər.

Beləliklə, Niderland açıq çempionatında aktivinə iki qızıl, iki gümüş və dörd bürünc medal əlavə edən millimiz Eyndhovendən birbaşa Belçikaya yollanacaq.

Komandamızın üzvləri Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Niyaməddin Paşayev və baş məşqçilər Reza Mehmandoust, eləcə də Elnur Amanovun rəhbərliyi ilə martın 16-da Belçikanın Lommel şəhərində keçiriləcək “Belgian Open” turnirində də qüvvələrini sınayacaqlar.

Tarix
2019.03.10 / 14:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

"Azəriqaz" əməkdaşı dünya çempionu oldu

Zədələnən futbolçu qəsdən sarı vərəqə aldı - Video

Abdullayev məşhur futbolçunun toyunda - Foto

"Fənərbağça" "Rizəspor"u darmadağın etdi

“Fənər”in "Cənab Qol"u vəfat etdi

Klubu Emrelinin fotosunu yaydı: Yüksək motivasiyalı

İlin ən yaxşı futbol hakiminin adı açıqlandı

"Qalatasaray" yenə qələbəyə həsrət qaldı

İspaniyada şahmatçılarımızdan bir qələbə

"Qarabağ" darmadağınla qalib gəldi

KULT
<>
Xəbər xətti
  
  
  
  
yatsan
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla